Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Zeynəb Bədəlova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Sizə çox təşəkkür edirəm. Nəsimi Rayon Polis İdarəsinin rəisi Vüqar Ağayev məni qəbul etdi, dərdimi dinlədi və başa düşdü. Təşəkkür edirəm.

Vətəndaş Ruslan Məmmədov DİN-ə təşəkkür məktubu ünvanlayıb: Naxçıvan şəhərində yerləşən İSİ FOOD kafesində baş vermiş hadisə ilə bağlı müraciət etdim. Müraciətimə baxıldı və mənə hər cür köməklik göstərildi. Bu səbəbdən Azərbaycan Respublikası daxili işlər naziri cənab Süleyman Neymətova, həm də Naxçıvan ŞPİ-nin rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm, yaşasın Azərbaycan polisi, var olsun Azərbaycan polisi!

Mingəçevir şəhər sakini Oruc İsgəndərov müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Xəyal Əhmədov müraciətinin müsbət həll olunmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nərgiz Həsənova müraciətinin müsbət həll olunmasına görə, Yasamal RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Göyçay rayon sakini Günel İsgəndərova müraciətinin müsbət həll olunmasına görə, Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Nəcəf Cəfərov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Emin Bayramov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan Polisinə minnətdarlığını ifadə edir. 

Vətəndaş Nadim Ağayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. Üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görəgörə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinə minnətdarlığını ifadə edir.