Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Pünhan Kərimov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Yeganə Əzizova DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.

Vətəndaş Vəsilə İsrafilova DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı etdiyi müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.

Vətəndaş Niyazi Heydərov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı polisə müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Rüstəm Albabayev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Xətai RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Qalabəyi Məmmədov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Elnur Məmmədov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Binəqədi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Humay Quliyeva DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN kollektivinə təşəkkür edir.

Vətəndaş Eyyub Pənciyev Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq üzləşdiyi oğurluq faktı ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nizami RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.