Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Elxan Xəlilov məktubunda cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Quba rayon sakini Musa Allahverdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Akif Nəcəfov etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Bənövşə Qasımova etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Gövhər İsmayılova etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Lalə Məmmədova avtomobilinin qaçırılması ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılıb qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Şasəddin Şirinov dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinin müsbət həll edilərək ona dəymiş ziyanın ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Quba rayon sakini Güllü Aydəmirova Bakı şəhəri ərazisində itkin düşən azyaşlı övladının qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə DİN rəhbərliyinə və Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Cavid Alməmmədov itirdiyi pulunun tapılaraq təhvil verilməsinə görə Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.