Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
21.04.2026 - Vətəndaş Firdovsi Sadıqov
Vətəndaş Firdovsi Sadıqov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Sadıqov Firdovsi İsfəndiyar oğlu, 13.04.2026-cı il tarixində idarə etdiyim BYD markalı avtomobillə Nərimanov rayonu, Atatürk prospektində hərəkətdə olarkən anidən yaşlı bir piyada qadın avtomobilin önünə çıxmış və nəqliyyat vasitəsi ilə ona toxunmuşam. Həmin şəxsi dərhal öz avtomobilimlə xəstəxanaya çatdırmışam. Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılmışdır. Araşdırma zamanı mənə yaxından köməklik göstərilmişdir. Buna görə başda hörmətli cənab Nazir general-polkovnik Vilayət Eyvazov olmaqla Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə və Təhqiqat şöbəsinin əməkdaşlarına öz minnətdarlığımı bildirirəm.
21.04.2026 - Vətəndaş Zərifə Cəfərzadə
Vətəndaş Zərifə Cəfərzadə DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən 05.04.2026-cı il tarixində Nərimanov RPİ-nin 16-cı PŞ-nə əl çantamın itməsi ilə bağlı müraciət etmişdim. Polis əməkdaşlarının məsələyə operativ və çevik reaksiyası nəticəsində çantam tapılaraq mənə təhvil verilmişdir. Bununla əlaqədar olaraq RPİ-nin rəhbərliyinə və 16-cı PŞ-nin rəhbərliyinə təşəkkür edirəm.
21.04.2026 - Vətəndaş Vəfa Nəzərli
Vətəndaş Vəfa Nəzərli DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Hörmətli cənab Nazir, 14 aprel 2025-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsinə daxil olmuş müraciətim üzrə mənə operativ şəkildə köməklik göstərildiyi üçün Sizə dərin təşəkkürümü bildirirəm.
21.04.2026 - Vətəndaş Vahid Cavadov
Vətəndaş Vahid Cavadov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: İdarə etdiyim avtomobil ilə Ukrayna dairəsi yaxınlığında yol-nəqliyyat hadisəsi törətmişəm. Hadisə üzrə barəmdə Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində məhkəməyədək sadələşdirilmiş icraat açılmış və araşdırma davam etdirilir. Polisin obyektiv araşdırma aparıb mənə hüquqi köməklik göstərdiyi üçün Azərbaycan polisinə təşəkkürümü bildirirəm.
21.04.2026 - Vətəndaş Xəyal Sadıqlı
Vətəndaş Xəyal Sadıqlı DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi oğurluqla bağlı müraciətinin müsbət həll olunmasına görə Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.04.2026 - Vətəndaş Seymur Yusibov
Vətəndaş Seymur Yusibov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Pirallahı rayonu ərazisində ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən polis əməkdaşlarına minnətdarlığını bildirir.
21.04.2026 - Bakı şəhər sakini Nurlan Nağıyev
Bakı şəhər sakini Nurlan Nağıyev məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
21.04.2026 - Vətəndaş Elzamin Həsənov
Vətəndaş Elzamin Həsənov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Pirallahı rayonu ərazisində ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən polis əməkdaşlarına minnətdarlığını bildirir.
20.04.2026 - “Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin” Ucar Rayon Şöbəsinin rəhbərliyi
“Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin” Ucar Rayon Şöbəsinin rəhbərliyi DİN-ə ünvanladığı təşəkkür məktubunda şəhid ailələrinə, qazi və müharibə veteranlarına göstərilən diqqətə və qayğıya, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Ucar RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.