Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şahbuz rayon Külüs kənd sakini Nurəli Məmmədov məktubunda üzləşdiyi problemlə bağlı müraciəti üzrə göstərdikləri köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Şahbuz rayon Külüs kənd sakini Aslan Əliyev məktubunda üzləşdiyi problemlə bağlı müraciəti üzrə göstərdikləri köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Vuqar Məcidov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Vətəndaş Səmra Məmmədli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və ona dəymiş maddi zərərin tam ödətdirilməsinə görə Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Əli Sultan-Əhmədi DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Ülvi Quliyev müraciətinə dərhal reaksiya verildiyinə görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Türkiyə Respublikasının vətəndaşı Alp Doğan sosial şəbəkə səhifəsinə yazdığı təşəkkür mesajında çantasını itirməsi ilə bağlı etdiyi müraciətə operativ baxıldığını, Nəsimi RPİ-nin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa müddət ərzində tapılaraq ona təhvil verildiyini bildirir.

Vətəndaş Elnarə Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, pul kisəsinin itməsi ilə bağlı ünvanladığı müraciətinə operativ baxıldığına, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq ona geri qaytarıldığına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Vətəndaş Şahin Qənbərov Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.