Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.02.2026 - Bakı şəhər sakini Tural Rəsulzadə
Bakı şəhər sakini Tural Rəsulzadə müraciətinin müsbət həll olunmasına görə, Yasamal RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
13.02.2026 - Vətəndaş Özcan Qafarzadə
Vətəndaş Özcan Qafarzadə müraciətinin müsbət həll olunmasına görə, Yasamal RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
13.02.2026 - Vətəndaş Ramin Abdurahmanov
Vətəndaş Ramin Abdurahmanov müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Oğuz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
13.02.2026 - Şəki rayon sakini Mənsur Əliyev
Şəki rayon sakini Mənsur Əliyev xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
13.02.2026 - Mingəçevir şəhər sakini Pərviz İsakov
Mingəçevir şəhər sakini Pərviz İsakov müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.02.2026 - Vətəndaş Nicat Kərimov
Vətəndaş Nicat Kərimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “02.02.2026-cı il tarixində paytaxtın Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdi. Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırma zamanı göstərilən diqqət və səmimi münasibətə, hüquqlarımın müdafiə olunmasına və obyektiv araşdırılma məmnuniyyətimin ön plana çəkilməsinə görə DİN-in və Nəsimi RPİ-nin rəhbərliyinə, həmçinin təhqiqat şöbəsinin əməkdaşlarına öz dərin təşəkkürümü bildirirəm”.
12.02.2026 - Vətəndaş Sədaqət Əskərova
Vətəndaş Sədaqət Əskərova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Pul vəsaitimin səhv karta köçürülməsi ilə bağlı müraciətimin qısa müddətdə baxılaraq öz həllini tapmasına görə DİN-in rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Həmçinin məsələnin həlli istiqamətində göstərilən diqqət və köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm”.
12.02.2026 - Vətəndaş Adilə İlyasova
Vətəndaş Adilə İlyasova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə nəvəmin itkin düşməsi ilə bağlı müraciət etmişdim. Müraciətimə operativ şəkildə reaksiya verildi. Nəvəm Xətai rayonu ərazisində 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən tapıldı və yaşadığım ünvana gətirilərək sağ-salamat təhvil verildi. Buna görə DİN-in və Xətai RPİ-nin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.
12.02.2026 - Vətəndaş Məhyəddin Surxayev
Vətəndaş Məhyəddin Surxayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “03.02.2025-ci il tarixində içərisində pul və mənə aid olan vəsiqələrim olan pul kisəmin itməsi barədə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinə müraciət etmişdim. Pul kisəm içərisindəki əşyalarla birlikdə tapılaraq mənə təhvil verildi. DİN-in rəhbərliyinə və bütün polis əməkdaşlarına minnətdarlığımı bildirirəm”.