Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Röya Cəfərli itirdiyi pul kisəsini taparaq ona təhvil verən Metropolitendə Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Zeynal Şəfiyev mesajında yazır ki, dünyanın bir neçə böyük şəhərində olub, lakin Bakı şəhəri onlarla müqayisədə daha təhlükəsiz və daha əmin-aman şəhərdir. O, buna görə bir vətəndaş olaraq Azərbaycan polisinə dərin minnətdarlığını bildirir.

Vətəndaş Yusif Məmmədbəyli üzləşdiyi hadisənin obyektiv araşdırılmasına və qanunauyğun tədbirlərin görülməsinə görə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.

Vətəndaş Arzuman Məmmədov yazdığı məktubunda axtarışda olan şəxsin tapılaraq qanuni tədbirlərin görülməsində yüksək peşəkarlıq göstərdiklərinə görə Bərdə Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Şəhid qardaşı Ataməli Mustafayev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Saatlı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Fail Abdullayev üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, İmişli RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətən müharibəsi iştirakçısı Əflatun Məmmədov səhətində yaranan problem zamanı polis əməkdaşları tərəfindən ona göstərilən yardıma görə başda DİN rəhbərliyi olmaqla, Ucar RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Yaxşı Kərimova, Pərvanə Nəbiyeva və Magda Kovalyova Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajları yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Xətai RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.

Vətəndaş Elman Quliyev DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Quliyev Elman Ağabala oğlu, 24-cü PŞ-yə mənə qarşı dələduzluq olması ilə bağlı müraciət etmişdim, müraciətimə dərhal baxıldı. Həmin şəxs məsuliyyətə cəlb olunaraq, mənə dəymiş ziyan tam şəkildə ödənildi. Cənab Nazir, Siz başda olmaqla, Nizami Rayon Polis İdarəsinin və 24-cü Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürümü bildirirəm.