Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
02.03.2026 - Vətəndaşlar Daşqın Həmidov, Xatirə Əsgərova, Afiq Bağırov və Fuad Hüseynov
Vətəndaşlar Daşqın Həmidov, Xatirə Əsgərova, Afiq Bağırov və Fuad Hüseynov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
02.03.2026 - Vətəndaş Şəhanə Tahirova
Vətəndaş Şəhanə Tahirova etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və müsbət həll edilməsinə görə DİN rəhbərliyinə, eləcə də Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
27.02.2026 - Sosial şəbəkə istifadəçisi Günel Quliyeva
Sosial şəbəkə istifadəçisi Günel Quliyeva xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
27.02.2026 - Vətəndaş Tural İsmayılov
Vətəndaş Tural İsmayılov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq üzləşdiyi oğurluq faktı ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
27.02.2026 - Sosial şəbəkə istifadəçiləri Nuray Xəlilova və Teymur Vinoqradov
Sosial şəbəkə istifadəçiləri Nuray Xəlilova və Teymur Vinoqradov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.
27.02.2026 - Vətəndaş Arzu Kazımova
Vətəndaş Arzu Kazımova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Səbail rayonu, Nizami küçəsi ərazisində içərisində sənədlərim və pul vəsaitim olan əl çantamı itirmişdim. Bununla əlaqədar olaraq Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Şöbəsinə müraciət etmişdim. Polis əməkdaşları tərəfindən dərhal müdaxilə olundu, çanta tapılaraq bizə təhvil verildi. Buna görə də, DİN-in və Səbail Rayon Polis İdarəsinin rəhbərliyinə, həmçinin bu işdə əməyi olan polis əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.
27.02.2026 - Vətəndaş Azad Alıyev
Vətəndaş Azad Alıyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında etdiyi müraciətinə operativ baxıldığını, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək 18-ci PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
27.02.2026 - Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi polkovnik...
Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Vüqar Həmidli DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
27.02.2026 - Vətəndaş Süleyman Tarverdiyev
Vətəndaş Süleyman Tarverdiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etmişdim. Müraciətimə dərhal və diqqətlə baxıldığına görə DİN-in rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına səmimi təşəkkürümü bildirirəm. Peşəkar və operativ xidmətlərinə görə Azərbaycan polisinə uğurlar arzulayıram. Yaşasın, Azərbaycan polisi!”.