Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Rabil İsayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir. 

Vətəndaş Lalə Əliyeva DİN-in “Instagram” səhifəsində yazdığı mesajında müraciəti ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində obyektiv araşdırma aparıldığını və müsbət həllinin təmin olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Əcnəbi vətəndaş Burak Aktaş məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciəti üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən obyektiv araşdırma aparıldığını, müsbət həllinin təmin olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə isə Nizami RPİ-nin əməkdaşlarına təşəkkür edir, Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Şəhid ailəsi Türkan Dadaşova məktubunda şəhid və qazi ailələrinə, o cümlədən ona göstərilən yüksək diqqət və qayğıya görə DİN rəhbərliyinə, humanist və qayğıkeşliklərinə görə Sabunçu və Xəzər RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır. 

Vətəndaş Vüsal Həsənov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:  Mən Həsənov Vüsal Şahsuvar oğlu, mənə qarşı olmuş dələduzluq hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdim. Müraciətim əsasında Təhqiqat Şöbəsində araşdırma aparıldı və mənə dəymiş ziyan ödənildi. Hörmətli cənab Vilayət Eyvazova və Nərimanov polisinin rəisinə göstərilən diqqət və köməyə görə dərin minnətdarlığımı bildirirəm.

Vətəndaş Elmir Mehdiyev DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:  Mən Mehdiyev Elmir Naib oğlu, 09.05.2026-cı il tarixində Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı oldum. Hadisə zamanı polisin hər bir vətəndaşa köməklik göstərdiyini gördüm. Buna görə də başda cənab Nazir Vilayət Eyvazov olmaqla Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Vətəndaş Orxan Bədəlov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:  Mən Bədəlov Orxan Azad oğlu, 03.05.2026-cı il tarixdə Nərimanov rayonu, Ə.Əliyev küçəsində idarə etdiyim BMW markalı avtomobillə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş verdi. Hadisə ilə bağlı Nərimanov Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparıldı. Göstərilən diqqət və operativ araşdırmaya görə çox razı qaldım. Hörmətli cənab Nazirə və Nərimanov Polis İdarəsinin rəisinə minnətdarlığımı bildirirəm.

Vətəndaş Qərib Nəcəfli DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:  Mən Nəcəfli Qərib Elman oğlu, 07.05.2026-cı il tarixində 102 xidmətinə müraciət etdim. Məsələyə dəqiq və operativ baxıldığı üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə, Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin rəhbərliyinə və 1-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkür edirəm. Var olsun, Azərbaycan Polisi!

Bakı şəhər sakini Nicat Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.