Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.05.2026 - Sosial şəbəkə istifadəçisi Seymur Hacıyev
Sosial şəbəkə istifadəçisi Seymur Hacıyev ünvanladığı mesajında müraciətinə operativ baxılaraq tez bir zamanda probleminin həllini tapmasında göstərdikləri köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
15.05.2026 - Kəngərli rayon sakini Yunis Allahverdiyev
Kəngərli rayon sakini Yunis Allahverdiyev yazdığı mesajında polisə etdiyi müraciətin müsbət cavablandırılmasına və ona göstərilən köməkliyə görə, başda DİN rəhbərliyi olmaqla, Naxçıvan MR DİN rəhbərliyinə təşəkkürünü bildirir.
15.05.2026 - Vətəndaş Aytekin Bayramova
Vətəndaş Aytekin Bayramova məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir, polislə fəxr etdiyini vurğulayır.
15.05.2026 - Sosial şəbəkə istifadəçisi Səbinə Bayramova
Sosial şəbəkə istifadəçisi Səbinə Bayramova Nərimanov rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar araşdırmanın qanunvericiliyin tələbləri çərçivəsində aparılmasına görə Azərbaycan polisinə təşəkkür edir.
15.05.2026 - Sosial şəbəkə istifadəçisi Rəhman Fərzəliyev
Sosial şəbəkə istifadəçisi Rəhman Fərzəliyev DİN-in instaqram hesabına yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılmasına və qanuni tədbirlərin görülməsinə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
15.05.2026 - Əcnəbi vətəndaş Zemfira Vəkilova
Əcnəbi vətəndaş Zemfira Vəkilova məktubunda yazır ki, üzləşdiyi dələduzluq hadisəsi ilə bağlı müraciətinə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində baxılıb və aparılan araşdırma nəticəsində ona dəymiş maddi ziyan tam şəkildə ödətdirilib. O, obyektiv araşdırmaya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
15.05.2026 - Şahbuz rayon sakini Kamil Əliyev
Şahbuz rayon sakini Kamil Əliyev məktubunda üzləşdiyi problemlə əlaqədar müraciəti üzrə qısa müddətdə aparılan müvafiq araşdırmaya və problemin müsbət həllində göstərilən köməkliyə görə Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkür edir.
15.05.2026 - Sosial şəbəkə istifadəçisi Naib Yusifov
Sosial şəbəkə istifadəçisi Naib Yusifov DİN-in instaqram hesabına yazdığı mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı hüquq və vəzifələrinin izah olunmasına görə Nərimanov DYPŞ rəhbərliyinə təşəkkür edir.
15.05.2026 - Babək rayon sakini Əmrah Əliyev
Babək rayon sakini Əmrah Əliyev məktubunda üzləşdiyi oğurluq hadisəsinin obyektiv araşdırılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə polis əməkdaşlarına təşəkkürünü bildirir.