Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini Ömər Əspəndiyev etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Xəyalə Qurbanova etdiyi müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Fərid Nizamov etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Mirasif İskəndərov itirdiyi bank kartının qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakinləri Cəlal Məmmədov və Anar İbrahimov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Quba rayon sakini Xəyyam Salıyev qarlı-şaxtalı hava səbəbindən yolda qaldığında ona göstərilən köməkliyə  görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Bəylər Bəybalayev itirdiyi bank kartlarının qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Səbuhi Nəzərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Etdiyim müraciətlə əlaqədar Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə dəvət olundum.  Orada məni çox xoş qarşıladılar, narazılığım diqqətlə dinlənildi və mənə lazımi köməklik göstərildi.  Müraciətimə dərhal reaksiya verildiyinə görə DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm”. 

Vətəndaş Elnur Bağırlı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “03.02.2026-cı il tarixində paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində idarə etdiyim avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdim. Hadisə ilə bağlı araşdırma Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparıldı və proses zamanı mənə yaxından köməklik göstərildi. Aparılan araşdırmadan razı qaldım. Buna görə DİN-in və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”.