Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Teymur Hacıyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasına göstərdikləri köməkliyə görə polis əməkdaşlarına təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Zəminə Qarayeva məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ reaksiya verilməsinə və aparılan obyektiv araşdırmalara görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Ruslan Mirzəzadə məktubunda müraciətinə operativ baxılmasına və ona hüquqi izahın verilməsinə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Oğuz rayon sakini Tofiq Cavadov məktubunda rayon ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı şəkildə qorunmasına görə Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

İmişli rayon Ağamallar kənd sakini Qalib Baxışov məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə, rayon ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı şəkildə qorunmasına görə İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Akif Bədəlov ünvanladığı müraciətinə operativ baxıldığını və ona dəymiş maddi ziyanın tam ödənilməsində göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Elmira Əliquliyeva itən 3 yaşlı uşağın tapılaraq ailəsinə təhvil verilməsinə görə Pirallahı Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Goranboy şəhər sakini Nərgiz Rəhimzadə ünvanladığı məktubda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən Oğuz rayonunda keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıq verildiyini qeyd edir. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.  

Xocalı şəhər sakini Fatma Nəsibova ünvanladığı məktubda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən Oğuz rayonunda keçirilən vətəndaş qəbulunda iştirak etdiyini və göstərilən diqqətdən razı qaldığını, həmçinin müraciəti üzrə müvafiq tapşırıq verildiyini qeyd edir. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.