Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ayda Sevin Beyazpınar DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında onu narahat edən hallarla bağlı müraciəti ilə əlaqədar Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin görüldüyünü və həmin neqativ halların aradan qaldırıldığını qeyd edərək həyata keçirilən tədbirlərə görə Səbail RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Daşkəsən rayon sakini Ramin İbrahimov məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Abşeron rayon sakini Fazil İsmayılov müraciətinin müsbət həll edilməsinə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkür edir.

Tərtər rayon sakini Elza Allahverdiyeva müraciətində peşə fəaliyyətini və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkür edir.

Yevlax rayon sakini Müşviq Rüstəmov müraciətinin müsbət həll edilməsinə görə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Beyləqan rayon sakinləri Sahilə Şirinova, İmaməddin Səfərov və Tərxan Bayramov müraciətlərinin müsbət həll edilməsinə görə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkür edir.

Vətəndaş Günay Məmmədova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Məmmədova Günay Qadir qızı, 06.05.2026-cı il tarixində səhvən 1600 AZN kredit borcumu MilliÖN vasitəsilə başqa bir karta yükləmişdim. Bundan xəbər tutan kimi dərhal 102 xidmətinə zəng vurub məlumat vermişəm. Onlar məni Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə yönləndirdilər. Mən ora yaxınlaşıb ərizə ilə müraciət etdim. 18-ci Polis Şöbəsinin kiber cinayətkarlıqla mübarizə üzrə əməkdaşı çox qısa müddətdə pulun mənə qaytarılmasına kömək etdi. Bu iş üçün çox əziyyət çəkdi. Həmin əməkdaşa və onun simasında bütün Azərbaycan Polisinə təşəkkür edirəm. Çox sağ olsun, çevik şəkildə işini sevərək yerinə yetirən 18-ci PŞ-nin əməkdaşları. Allah sizləri qorusun.

Vətəndaş Almas Əliyeva DİN-ə ünvanladığı məktubunda oğlunun DİN-də xidmətə bərpa edilməsi ilə əlaqədar DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Firəngiz  Fətullayeva DİN-ə ünvanladığı məktubunda rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN-in rəhbərliyinə və Suraxanı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.