Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.10.2026 - Bakı şəhər sakini Aqşin Abbasov
Bakı şəhər sakini Aqşin Abbasov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən DİN rəhbərliyinə, o cümlədən əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
23.10.2026 - Vətəndaş Aynur Əliyeva
Vətəndaş Aynur Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb. O, aliment öhdəliyini uzun müddət yerinə yetirməyən şəxs barəsində etdiyi müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə polis əməkdaşlarına minnətdarlığını bildirir.
23.10.2026 - Bakı şəhər sakini Amin Əlizadə
Bakı şəhər sakini Amin Əlizadə Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. Paytaxtın Yasamal rayonu ərazisində skuterlə qəza hadisəsi törətdiyini bildirib. Bununla əlaqədar olaraq “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdiyini, hadisə yerinə gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşı tərəfindən qanunamüvafiq tədbirlər görüldüyü qeyd edib. Polis əməkdaşlarının bu cür yanaşmasına görə DİN-in rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.10.2026 - Sumqayıt şəhər sakini Natiq Muradov
Sumqayıt şəhər sakini Natiq Muradov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti üzrə Bakı Şəhər Baş Polis İdarəsində aparılan istintaq araşdırması nəticəsində şikayətinin təmin edildiyini qeyd edərək ədalətin bərqərar olmasına və müraciətinin müsbət həll edilməsinə görə DİN-in rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
23.10.2026 - Vətəndaş Yunis İsmayılov
Vətəndaş Yunis İsmayılov “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb. O, müraciəti ilə bağlı operativ tədbirlər görülməsinə və qısa müddət ərzində müsbət həll edilməsinə görə DİN-in rəhbərliyinə, həmçinin Yasamal Rayon İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
23.10.2026 - Vətəndaş Samir Əliyev
Vətəndaş Samir Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “İtirdiyi əşyaların tapılmasına görə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Bildirirəm ki, Səbail RPİ-nin 9-cu PŞ-də aparılan təhqiqat araşdırması nəticəsində əşyalarım tapılaraq mənə təhvil verilmişdir. Müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.
23.10.2026 - Vətəndaş Aysu İsmayılzadə
Vətəndaş Aysu İsmayılzadə DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
23.10.2026 - Bakı şəhər sakini İsmayıl Jukov
Bakı şəhər sakini İsmayıl Jukov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.10.2026 - Vətəndaş Gülnar Zülfüqarova
Vətəndaş Gülnar Zülfüqarova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.