Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
19.11.2026 - Əcnəbi vətəndaş Bayan Furkan Miran
Əcnəbi vətəndaş Bayan Furkan Miran DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Səbail RPİ 41-ci Polis Şöbəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
19.11.2026 - Vətəndaş Kamil Əşrəfov
Vətəndaş Kamil Əşrəfov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi kiberdələduzluq hadisəsi ilə əlaqədar polisə müraciət etdiyini, qısa zamanda müraciətinin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirir.
19.11.2026 - Vətəndaş Musa Hüseynli
Vətəndaş Musa Hüseynli DİN-in”Instagram” səhifəsində yazdığı mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini yazır. O, məsələ ilə əlaqədar aparılan araşdırmadan razı qaldığını bildirərək göstərilən diqqətə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
19.11.2026 - Vətəndaş Azər Nuriyev
Vətəndaş Azər Nuriyev DİN-ə yazdığı məktubunda üzləşdiyi dələduzluq halı əlaqədar aparılan araşdırmadan razı qaldığını bildirərək göstərilən diqqətə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
19.11.2026 - Mingəçevir şəhər sakini Dilarə İbrahimova
Mingəçevir şəhər sakini Dilarə İbrahimova müraciətinin müsbət həll olunmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
19.11.2026 - Ağsu rayon sakini Amil Atakişizadə
Ağsu rayon sakini Amil Atakişizadə müraciətinə operativ reaksiya verildiyinə görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
19.11.2026 - Şirvan şəhər sakini Əlpənah Əliyev
Şirvan şəhər sakini Əlpənah Əliyev müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
19.11.2026 - Şabran rayon sakini Yusif Vəliyev
Şabran rayon sakini Yusif Vəliyev xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Şabran RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
19.11.2026 - Sosial şəbəkə istifadəçisi İlahə Məcidova
Sosial şəbəkə istifadəçisi İlahə Məcidova şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə, Oğuz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.