Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
21.10.2026 - Vətəndaş Kamil Əşrəfov
Vətəndaş Kamil Əşrəfov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi kiberdələduzluq hadisəsi ilə əlaqədar polisə müraciət etdiyini, qısa zamanda müraciətinin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirir.
21.10.2026 - Vətəndaş Musa Hüseynli
Vətəndaş Musa Hüseynli DİN-in”Instagram” səhifəsində yazdığı mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini yazır. O, məsələ ilə əlaqədar aparılan araşdırmadan razı qaldığını bildirərək göstərilən diqqətə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
21.10.2026 - Vətəndaş Azər Nuriyev
Vətəndaş Azər Nuriyev DİN-ə yazdığı məktubunda üzləşdiyi dələduzluq halı əlaqədar aparılan araşdırmadan razı qaldığını bildirərək göstərilən diqqətə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
21.10.2026 - Vətəndaş Mehdi Attari
Vətəndaş Mehdi Attari üzləşdiyi çətinliklə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Xətai RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
21.10.2026 - Naftalan şəhər sakini Vüqar Verdiyev
Naftalan şəhər sakini Vüqar Verdiyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ictimai asayişi ayıq-sayıq qoruduqlarına və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
21.10.2026 - Sosial şəbəkə istifadəçisi Nicat Namazov
Sosial şəbəkə istifadəçisi Nicat Namazov üzləşdiyi problemlə bağlı müraciətinə qısa zaman ərzində operativ baxılaraq göstərilən köməkliyə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlıq edir.
21.10.2026 - Bakı şəhər sakini Vüsal Hümbətzadə
Bakı şəhər sakini Vüsal Hümbətzadə DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi problemlə bağlı Tərtər Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
21.10.2026 - Vətəndaş Vüsalə Hacıyeva
Vətəndaş Vüsalə Hacıyeva DİN-in “Instagram” sosial şəbəkə səhifəsinə yazdığı mesajında DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinə etdiyi müraciətinə operativ reaksiya verildiyini və qısa müddətdə müsbət həllinin təmin olunduğunu bildirir. O, həyata keçirilən oeprativ tədbirlərə və göstərilən köməkliyə görə DİN-in NBPİ-nin HNPİ-nin əməkdaşlarına təşəkkür edir.
21.10.2026 - Vətəndaş Ceyhun Mustafayev
Vətəndaş Ceyhun Mustafayev DİN-in “Instagram” sosial şəbəkə səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin görüldüyünü qeyd edir. O, operativliyə və həyata keçirilən tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.