Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.10.2026 - Vətəndaş Ramil Orucov
Vətəndaş Ramil Orucov məktubunda üzləşdiyi problem ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.10.2026 - Vətəndaş Hüseynqulu Əliyev
Vətəndaş Hüseynqulu Əliyev hətta polisin səlahiyyətinə aid olmasa belə, vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə DİN rəhbərliyinə, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.10.2026 - Vətəndaş Namiq Həsənov
Vətəndaş Namiq Həsənov baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.10.2026 - Vətəndaş Əfqan Məmmədli
Vətəndaş Əfqan Məmmədli DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı göstərilən köməkliyə görə DİN rəhbərliyinə, eləcə də Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.10.2026 - Vətəndaş Yusif Seyfəddinov
Vətəndaş Yusif Seyfəddinov üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.10.2026 - Vətəndaş Səadət Məcidova
Vətəndaş Səadət Məcidova üzləşdiyi kiberdələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.10.2026 - Vətəndaş Əziz Mirzəyev
Vətəndaş Əziz Mirzəyev müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
19.10.2026 - Astara şəhər sakini Nail Fərziyev
Astara şəhər sakini Nail Fərziyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, vətəndaşlara diqqət və qayğı ilə yanaşılmasına, humanistliyə görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
19.10.2026 - Bakı şəhər sakini Rüfan Abdullayev
Bakı şəhər sakini Rüfan Abdullayev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciətinin Nəsimi Rayon Polis İdarəsində obyektiv araşdırılmasına, ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə təşəkkürünü bildirir.