Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Ceyhun Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “02.10.2026-cı il tarixində Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinə müraciət edərək mənə qarşı törədilmiş dələduzluq hadisəsi ilə bağlı məlumat verdim. Həmin gündən təxminən bir həftə sonra mənə dəymiş maddi ziyan tam ödənildi. Buna görə DİN-in və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə, bütün şəxsi heyətə göstərdikləri diqqətə, operativliyə və köməkliyə görə öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm”.

Vətəndaş Fəqan Bağırov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “05.10.2026-cı il tarixində Ziya Bünyadov prospektində idarə etdiyim avtomobillə yol-nəqliyyat hadisəsi keçirmişəm və qolumdan xəsarət almışam. Hadisə yerinə gələn Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları mənə köməklik göstəriblər. Göstərdikləri diqqətə, qayğıya və köməyə görə DİN-in və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə, hadisə yerində mənə kömək edən bütün polis əməkdaşlarına dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Belə çətin anlarda vətəndaşlara göstərilən diqqət və dəstək yüksək qiymətləndirilməlidir”.

Vətəndaş Ceyhun Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “02.10.2026-cı il tarixində Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinə müraciət edərək mənə qarşı törədilmiş dələduzluq hadisəsi ilə bağlı məlumat verdim. Həmin gündən təxminən bir həftə sonra mənə dəymiş maddi ziyan tam ödənildi. Buna görə DİN-in və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə, bütün şəxsi heyətə göstərdikləri diqqətə, operativliyə və köməkliyə görə öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm”.

Vətəndaş Tərlan Meydanov baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Ceyran Həmidova DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı göstərilən köməkliyə görə DİN rəhbərliyinə, eləcə də Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Əcnəbi vətəndaş Vu Dang Minh Thuyin müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Ülviyyə İmanlı Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Rüstəm İsmayılov müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Ruslan Məmmədov DİN-in sosial şəbəkə səhifəsinə yazdığı təşəkkür mesajında törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparıldığını qeyd edir və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.