Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.10.2026 - Yardımlı rayon sakini Turan İbrahimli
Yardımlı rayon sakini Turan İbrahimli Daxili İşlər Nazirliyinə yazdığı məktubda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, vətəndaşlara qarşı nəzakətli davranışlarına və humanistliyə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
26.10.2026 - Lənkəran rayon sakini Mirsəfər Rufullayev
Lənkəran rayon sakini Mirsəfər Rufullayev Daxili İşlər Nazirliyinə yazdığı məktubda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, şərəfli xidmətə və yüksək peşəkarlığıa görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
26.10.2026 - Cəlilabad rayon sakini Mirsəlim Təhməzov
Cəlilabad rayon sakini Mirsəlim Təhməzov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, səhhətinin qəfil pisləşdiyi zaman Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən operativ olaraq səhiyyə müəssisəsinə çatdırıldığını bildirir. Vətəndaşlara həssas yanaşılmasına, xidməti məsuliyyətə yüksək önəm verilməsinə və nümunəvi xidmətə görə polisə təşəkkürünü bildirir.
26.10.2026 - Masallı rayon sakini Rəvan Nəzirov
Masallı rayon sakini Rəvan Nəzirov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ baxılaraq müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.
26.10.2026 - Astara rayon sakini Təbriz Baxşiyev
Astara rayon sakini Təbriz Baxşiyev Daxili İşlər Nazirliyinə yazdığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə və yüksək peşəkarlığa görə Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
26.10.2026 - Astara rayon sakini Səidə Cəfərova
Astara rayon sakini Səidə Cəfərova Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, vətəndaşlara qarşı nəzakətli davranışlarına, humanistliyə və müraciətlərə operativ baxılmasına görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.
26.10.2026 - Bakı şəhər sakini Rüfan Abdullayev
Bakı şəhər sakini Rüfan Abdullayev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciətinin Nəsimi Rayon Polis İdarəsində obyektiv araşdırılmasına, ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə təşəkkürünü bildirir.
26.10.2026 - Bakı şəhər sakini Anar Orucov
Bakı şəhər sakini Anar Orucov Daxili İşlər Nazirliyinə yazdığı məktubunda etibarından sui-istifadə edilməklə pulunun ələ keçirilməsi ilə bağlı müraciətinin Xəzər Rayon Polis İdarəsində obyektiv araşdırılmasına, əməli törədən şəxsin məsuliyyətə cəlb olunmasına və ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsinə görə təşəkkürünü bildirir.
26.10.2026 - Masallı rayon sakini Elnur Ağayev
Masallı rayon sakini Elnur Ağayev Daxili İşlər Nazirliyinə yazdığı məktubda müraciətinin Masallı Rayon Polis Şöbəsində obyektiv araşdırılmasına görə təşəkkürünü bildirir.