Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Familə Nəsirova üzləşdiyi dələduzluq faktı ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Sabunçu RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Emin Həşimov etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaşlar Əkbət Məmmədov, Məhəmməd Yəhyayev, Simran Ələmmədov, Rəvan Seyidov, Elməddin Əzizov, Məhsər Əhmədi, Nazir Təhməzov və Üzeyir Muradlı etdikləri müraciətlər üzrə onlara müvafiq köməklik göstərildiyini bildirirlər. Onlar, vətəndaş müraciətinə həssas yanaşılmasına görə Azərbaycan polisinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Quba rayon sakinləri Xəyal İbrahimov, Ağalar Qədməliyev, Nurlan Əhmədov, Aqil Balayev, Mahir Novruzov, Şəfa Şəfayeva, Bəxtiyar Rzayev və Elvin Hüseynov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Samirə Əhmədova etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Siyəzən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaşlar Tariyel Ağasiyev, Sevinc Hacıyeva və Şıxqayıb Həsrətov DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan polisinə minnətdarlıqlarını bildirirlər.

Vətəndaş Nurana Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Günel Mustafayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə polis əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Yaqub Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.