Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.10.2026 - Vətəndaş Pərvanə Musayeva
Vətəndaş Pərvanə Musayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin müsbət həll olunmasına görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.10.2026 - Vətəndaş Əfsər Cəbiyev
Vətəndaş Əfsər Cəbiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.10.2026 - Vətəndaş Sürəyya Abduləzizova
Vətəndaş Sürəyya Abduləzizova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin müsbət həll olunmasına görə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.10.2026 - Bakı şəhər sakini Qabil Məmmədov
Bakı şəhər sakini Qabil Məmmədov üzləşdiyi məsələ ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
23.10.2026 - Sosial şəbəkə istifadəçisi Könül Xəlilova
Sosial şəbəkə istifadəçisi Könül Xəlilova DİN-in instaqram hesabına yazdığı mesajında üzləşdiyi dələduzluq cinayəti ilə bağlı müraciətinin operativ araşdırılmasına və ona dəymiş maddi ziyanın polisin həyata keçirdiyi tədbirlər nəticəsində tam ödənilməsinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
23.10.2026 - Vətəndaş Naibə Qasımova
Vətəndaş Naibə Qasımova məktubunda üzləşdiyi dələduzluq cinayəti ilə bağlı müraciətinə diqqət və qayğı ilə yanaşılmasına görə DİN rəhbərliyinə və polis əməkdaşlarına təşəkkürünü ifadə edir.
23.10.2026 - Sosial şəbəkə istifadəçisi Səkinə Süleymanova
Sosial şəbəkə istifadəçisi Səkinə Süleymanova DİN-in instaqram hesabına yazdığı mesajında təhsil müəssisələrində şagirdlərin təhlükəsizliyinin təmin olunması, profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi və uşaqların hüquqazidd hallardan qorunması istiqamətində görülən işlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
23.10.2026 - Sosial şəbəkə istifadəçisi Calal Abbasov
Sosial şəbəkə istifadəçisi Calal Abbasov DİN-in instaqram hesabına yazdığı mesajında iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi barədə “102” Xidməti-Zəng Mərkəzinə müraciətindən sonra polis əməkdaşlarının qısa müddətdə hadisə yerinə gəldiklərini bildirir və göstərilən peşəkar münasibətə görə Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkür edir.
23.10.2026 - Sosial şəbəkə istifadəçisi Qalib İbrahimli
Sosial şəbəkə istifadəçisi Qalib İbrahimli DİN-in instaqram hesabına yazdığı mesajında iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi zamanı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının peşəkar davrandıqlarını və hadisə yerinin mühafizəsini yüksək səviyyədə təşkil etdiklərini bildirərək idarə rəhbərliyinə minnətdarlığını ifadə edir.