Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Pərvanə Əsədova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə  görə DİN rəhbərliyinə və və Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Vətəndaş Həmid Nuriyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Vətəndaş Əziz Babazadə DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını ifadə edir. 

Vətəndaş Cavid Qədirov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir. 

Vətəndaş Sunay Hüseynquliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə həssas yanaşıldığına və həyata keçirilən operativ tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Gülmirə Poladlı DİN-in Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bildirir ki, Nərimanov RPİ-nin 16-cı PŞ-də aparılan təhqiqat araşdırması nəticəsində problem öz həllini tapmışdır. Müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Ağaəli Həsənov DİN-in Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə çevik reaksiya verilməsinə və keçirilən operativ tədbirlərlə əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Vətəndaş Amil Hüseynov DİN-in Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinin qısa müddətdə araşdırılaraq müsbət həll olunduğunu bildirir. O, müraciətinə göstərilən diqqət və operativ yanaşmadan razı qaldığını qeyd edir. A.Hüseynov müraciətinin müsbət həllinə görə DİN rəhbərliyinə, Azərbaycan polisinə minnətdarlığını ifadə edir, Azərbaycan polisinin fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayır.

Vətəndaş Fəqan Bağırov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “05.10.2026-cı il tarixində Ziya Bünyadov prospektində idarə etdiyim avtomobillə yol-nəqliyyat hadisəsi keçirmişəm və qolumdan xəsarət almışam. Hadisə yerinə gələn Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları mənə köməklik göstəriblər. Göstərdikləri diqqətə, qayğıya və köməyə görə DİN-in və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə, hadisə yerində mənə kömək edən bütün polis əməkdaşlarına dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Belə çətin anlarda vətəndaşlara göstərilən diqqət və dəstək yüksək qiymətləndirilməlidir”.