Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.10.2026 - Vətəndaş Orxan Balakişiyev
Vətəndaş Orxan Balakişiyev DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Səudiyyə Ərəbistanı vətəndaşı ilə aramda yaranmış problemli məsələ ilə əlaqədar xidmətdə olan polis əməkdaşına müraciət etdim. Əməkdaş operativ şəkildə xidmət göstərərək mənə kömək etdi. Başda Hava Limanı Polis İdarəsinin rəhbəri olmaqla, bütün polis əməkdaşlarına öz təşəkkürümü bildirirəm.
22.10.2026 - Vətəndaş Aysel Həsənova
Vətəndaş Aysel Həsənova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən 13 oktyabr 2026-cı il tarixdə idarə etdiyim avtomobillə yol-nəqliyyat hadisəsi törətmişəm. Hadisə ilə bağlı araşdırma Naxçıvan Şəhər Polis İdarəsində obyektiv şəkildə aparılmışdır. Buna görə Naxçıvan Şəhər Polis İdarəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm.
22.10.2026 - Vətəndaş Tural Məmmədov
Vətəndaş Tural Məmmədov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən 02.10.2026-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşam. Polisin fəaliyyətindən razı qaldım. Təhqiqatçı hadisəyə dərhal müdaxilə edərək bizə kömək etdi. Buna görə başda hörmətli cənab Nazir olmaqla, Nərimanov Rayon Polis İdarəsinin rəisi cənab Arzu Heydərova və digər şəxsi heyətə təşəkkürümü bildirirəm.
22.10.2026 - Əcnəbi vətəndaş Şükrü Erbek
Əcnəbi vətəndaş Şükrü Erbek DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Türkiyə vətəndaşı Şükrü Erbek, təxminən 10 gün əvvəl bank kartımdan səhvən başqa karta pul göndərmişdim, lakin həmin vəsaiti geri ala bilmirdim. Polisə müraciət etdikdən sonar polis əməkdaşlarının köməkliyi ilə pulu səhvən göndərdiyim şəxs vəsaiti mənə geri qaytardı. Buna görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Səbail Rayon Polis İdarəsinə dərin təşəkkürümü bildirirəm.
22.10.2026 - Vətəndaş Qərib Süleymanlı
Vətəndaş Qərib Süleymanlı DİN-ə ünvanladığı təşəkkür məktubunda Sabunçu rayonu, Bakıxanov qəsəbəsində xidmət edən polis əməkdaşlarına minnətdarlığını bildirir.
22.10.2026 - Vətəndaş Həşim Rəhimov
Vətəndaş Həşim Rəhimov DİN-ə ünvanladığı təşəkkür məktubunda göstərilən köməkliyə görə Şahbuz rayon polis şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
21.10.2026 - Vətəndaş Nəriman Kərimov
Vətəndaş Nəriman Kərimov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında qəfldən səhhəti pisləşən azyaşlıya dərhal köməklik etdiklərinə görə Azərbaycab polisinə minnəttarlığını bildirir.
21.10.2026 - Vətəndaş Səftər Quliyev
Vətəndaş Səftər Quliyev məktubunda daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
21.10.2026 - Əcnəbi vətəndaş Bayan Furkan Miran
Əcnəbi vətəndaş Bayan Furkan Miran DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Səbail RPİ 41-ci Polis Şöbəsinin əməkdaşlarına minnəttarlığını bildirir.