Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.10.2026 - Sosial şəbəkə istifadəçisi Aytaç Rəsulova
Sosial şəbəkə istifadəçisi Aytaç Rəsulova DİN-in instaqram hesabına yazdığı mesajında müraciətinin Babək Rayon Polis İdarəsində obyektiv araşdırılmasına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirir.
23.10.2026 - Sosial şəbəkə istifadəçisi Əli Qasımov
Sosial şəbəkə istifadəçisi Əli Qasımov avtomobilinin etibarnamə müddəti bitdiyi üçün saxlanılarkən göstərilən nəzakətli rəftara və qaydalara uyğun xidmətə görə Naxçıvan ŞPİ DYPB-nin əməkdaşlarına təşəkkürünü bildirir.
23.10.2026 - Sosial şəbəkə istifadəçisi Sadiq Orucov
Sosial şəbəkə istifadəçisi Sadiq Orucov tikinti texnikasına görə yaranmış maddi ziyanın tam ödənilməsi və müraciətinin operativ həlli üçün göstərilən dəstəyə görə Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin kollektivinə minnətdarlıq edir.
23.10.2026 - Sosial şəbəkə istifadəçisi Abrorjon Alaev
Sosial şəbəkə istifadəçisi Abrorjon Alaev hava limanının Terminal 1 girişində itirdiyi telefonunun tapılaraq özünə qaytarılmasında göstərdikləri köməyə və diqqətə görə Azərbaycan polisinə təşəkkür edir.
23.10.2026 - Sumqayıt şəhər sakini Rəşad Rüstəmov
Sumqayıt şəhər sakini Rəşad Rüstəmov pulunun ələ keçirilməsi ilə bağlı aparılmış cinayət işi üzrə istintaqın tamamlanaraq baxılması üçün məhkəməyə göndərilməsinə və narazılığının aradan qaldırılmasına görə Sabunçu Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
23.10.2026 - Sosial şəbəkə istifadəçisi Humay Umarova
Sosial şəbəkə istifadəçisi Humay Umarova baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırmanın gedişindən razı qaldığını bildirərək Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.
23.10.2026 - Sosial şəbəkə istifadəçisi Rüfət Bəkirov
Sosial şəbəkə istifadəçisi Rüfət Bəkirov cinayət işinin obyektiv araşdırılaraq məhkəməyə göndərilməsinə və dəymiş ziyanın ödənilməsinə görə DİN rəhbərliyi başda olmaqla Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.10.2026 - Vətəndaş Sənan Şükürov
Vətəndaş Sənan Şükürov dələduzluqla ələ keçirilmiş pulunun operativ araşdırma nəticəsində qaytarılmasına görə BMCMİ-nin kollektivinə minnətdarlığını bildirir.
23.10.2026 - Bakı şəhər sakini Kənan Nəbiyev
Bakı şəhər sakini Kənan Nəbiyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində aparılan istintaq araşdırmasının nəticəsindən razı qaldığını qeyd edərək ədalətin bərqərar olmasına və dəymiş ziyanın qaytarılmasına görə DİN-in rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.