Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Teymur Kərimov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Baxşəli Novruzov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar Naxçıvan MR DİN-in Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən müvafiq köməkliyin göstərildiyini qeyd edir. B.Novruzov vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər nazirliklərinin rəhbərliklərinə və göstərdikləri köməkliyə görə Naxçıvan MR DİN-in Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.  

Şahbuz rayon sakini Afiyəddin Hacıyev DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN və Naxçıvan MR DİN rəhbərliyinə təşəkkürünü bildirir.  

Naxçıvan şəhər sakini Elnur Nağıyev DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemlə bağlı Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN-in rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.  

Vətəndaş Valeh Mikayılov DİN-ə təşəkkür məktubu ünvanlayıb: “Üzləşdiyim problemlə bağlı polisə müraciət etmişdim. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları işimə tez, operativ və obyektiv şəkildə baxdılar. Şikayətim tezliklə təmin olundu. Göstərilən köməkliyə görə DİN-in və Nəsimi RPİ-nin rəhbərliyinə, həmçinin zəhmət çəkən bütün polis əməkdaşlarına dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Yaşasın, Azərbaycan polisi!”.

Vətəndaş Gülnar Əhmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Paytaxtın Nərimanov rayonu ərazisində piyada qismində yolu keçərkən avtomobil tərəfindən vurularaq xəsarət almışdım. Hadisə yerinə gələn Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı tərəfindən qanunamüvafiq tədbirlər görüldü. Polis əməkdaşlarının bu cür yanaşmasına görə DİN-in rəhbərliyinə təşəkkür edirəm”. 

Vətəndaş İsgəndər Ələsgərov DİN-ə təşəkkür məktubu ünvanlayıb: “Şəxsi problemlə bağlı polisə müraciət etmişdim. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları işimə tez, operativ və obyektiv şəkildə baxdılar. Şikayətim tezliklə təmin olundu. Göstərilən köməkliyə görə DİN-in və Nəsimi RPİ-nin rəhbərliyinə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm”.

Vətəndaş Nihad  DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gələrək mənə qarşı törədilmiş oğurluq əməli ilə bağlı müraciət etmişdim. Müraciətimə operativ şəkildə baxılaraq təhqiqat araşdırması aparıldı, şəxs müəyyən olunaraq saxlanıldı və velosipedim mənə geri qaytarıldı. Azərbaycan polisinin məsələyə bu cür operativ şəkildə reaksiya verməsi məni çox sevindirdi. Göstərilən köməyə görə DİN-in rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürümü bildirirəm”.

Bakı şəhər sakini Kənan Quliyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. Direktoru olduğu Bakı şəhəri 337 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi adından etdikləri müraciətə çevik reaksiya verilərək lazımi köməyin göstərilməsinə, müraciətlərə diqqətlə və həssas yanaşılmasılna görə Sabunçu Rayon Polis İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.