Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Qəvami Sadıqbəyli Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, polis əməkdaşlarının belə nümunəvi xidmətinə, maarifləndirici tədbirlərinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, Azərbaycan polisinə çətin və şərəfli işlərində uğurlar arzulayır.  

Yevlax rayon sakini Duman Qəmbərov məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Sosial şəbəkə istifadəçisi Murad Məmmədov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Şəki ŞRPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Canan İbrahimova müraciətinin obyektiv araşdırılmasına görə, Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağsu rayon sakinləri Rasim Məmmədov və Amid Feyzullayev müraciətlərinin obyektiv araşdırılmasına görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Ağsu rayon sakini Fənarə Xasayeva müraciətinin obyektiv araşdırılmasına görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Akif Mehdi müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Taleh Qarayev müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Siyəzən rayon sakini Əfqan İsmayılov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Siyəzən RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.