Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
28.10.2026 - Vətəndaş Əkbər Mirzəyev
Vətəndaş Əkbər Mirzəyev etdiyi müraciətinin müsbət həll olunmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə təşəkkür edir.
28.10.2026 - Vətəndaş Nəsir Nəsirov
Vətəndaş Nəsir Nəsirov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
28.10.2026 - Bakı şəhər sakini Vüsal Süleymanlı
Bakı şəhər sakini Vüsal Süleymanlı DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Qaradağ RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
28.10.2026 - Bakı şəhər sakini Könül Cəfərova
Bakı şəhər sakini Könül Cəfərova üzləşdiyi məsələ ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Suraxanı RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
28.10.2026 - Vətəndaş Ruslan Çobanov
Vətəndaş Ruslan Çobanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılmasına, obyektiv araşdırılmasına və müsbət həllinin təmin edilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
28.10.2026 - Vətəndaş Fidan Allahverdiyeva
Vətəndaş Fidan Allahverdiyeva “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb. O, müraciəti ilə bağlı operativ tədbirlər görülməsinə və qısa müddət ərzində müsbət həll edilməsinə görə DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
28.10.2026 - Beyləqan rayon sakini Elşən Qarayev
Beyləqan rayon sakini Elşən Qarayev dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Beyləqan RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
28.10.2026 - Vətəndaş Tural Xasayov
Vətəndaş Tural Xasayov Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında üzləşdiyi problem ilə bağlı Beyləqan RPŞ-yə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
28.10.2026 - Bakı şəhər sakini Həmid Abbasov
Bakı şəhər sakini Həmid Abbasov cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.