Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
29.10.2026 - Vətəndaş Qəmər Axundova
Vətəndaş Qəmər Axundova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Pirallahı rayonundakı 235 nömrəli tam orta məktəbin valideyni olaraq məktəblərdə təhlükəsizliyin təmin olunması istiqamətində gördüyünüz işlərə, diqqət və qayğınıza görə Sizə dərin təşəkkürümü bildirirəm. Övladlarımızın təhlükəsizliyinin qorunmasına verdiyiniz töhfəni yüksək qiymətləndirir, fəaliyyətinizdə uğurlar arzulayıram.
29.10.2026 - Vətəndaş Tural Lalayev
Vətəndaş Tural Lalayev DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 07.10.2026-cı il tarixdə mənə qarşı olunmuş dələduzluqla bağlı Nəsimi RPİ 21-ci bölməyə şikayət etmişdim. Təhqiqat araşdırması müddətində şikayətimə operativ yanaşıldı. Bu səbəbdən Daxili İşlər Nazirliyi rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Var olsun, Azərbaycan Polisi!
29.10.2026 - Vətəndaş Əfsanə Hümbətli
Vətəndaş Əfsanə Hümbətli DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək 365 manat pulumun dələduzluq yolu ilə ələ keçirilməsini bildirmişdim. Polis əməkdaşları tərəfindən həmin şəxs tapılaraq mənə dəymiş ziyan tamamilə ödənilmişdir.
29.10.2026 - Vətəndaş Cavid Əkbərbəyli
Vətəndaş Cavid Əkbərbəyli DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 05.10.2026-cı il tarixində mənə qarşı törədilmiş dələduzluqla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə şikayət etmişdim. Təhqiqat araşdırması müddətində şikayətimə operativ yanaşıldı, telefonum tapılaraq mənə qaytarıldı. Bu səbəbdən Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.
29.10.2026 - Vətəndaş Şahinə Həsənova
Vətəndaş Şahinə Həsənova DİN-ə ünvanladığı təşəkkür məktubunda Şəhid ailələrinə, qazilərə və veteranlara diqqət və qayğı göstərilməsi ilə əlaqədar DİN-in və Nəsimi RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
29.10.2026 - Vətəndaş Musa Xəlilzadə
Vətəndaş Musa Xəlilzadə DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinin Şahbuz RPŞ tərəfindən qısa müddətdə müsbət həll olunması ilə əlaqədar Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
28.10.2026 - Bakı şəhər sakini İlahə İsgəndərova
Bakı şəhər sakini İlahə İsgəndərova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq əməli ilə bağlı müraciəti əsasında aparılan obyektiv araşdırmaya görə DİN-in rəhbərliyinə təşəkkürünü bildirir.
28.10.2026 - Bakı şəhər sakini Pərviz Əliyev
Bakı şəhər sakini Pərviz Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmadan və polis əməkdaşlarının fəaliyyətindən razı olduğunu bildirərək göstərilən diqqət və qayğıya görə DİN-in və Abşeron RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
28.10.2026 - Bakı şəhər sakini Malik Abdullayev
Bakı şəhər sakini Malik Abdullayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını bildirir.