Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Sahib Əsgərov müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və eyni zamanda operativliyə görə Daşkəsən RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Sahilə Bayramova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinin obyektiv araşdırılmasına və müsbət həll olunmasına görə Gəncə ŞBPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Vüqar Quliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılmasına, obyektiv araşdırılmasına və müsbət həllinin təmin edilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaşlar Rəşad Ağayev, Nail Rüstəmov, Teymur Qəribov, Nəcəfqulu Talıbov, Ramil Şixvəliyev, Kəmalə Naqdiyeva, Aygül Quliyeva və Rəşad Quliyev DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan polisinə minnətdarlıqlarını bildirirlər.

Vətəndaşlar Fərman Atayev, Toğrul Ələkbərov, Bəxtiyar Sədullayev, Samir Niftəliyev, Aqil Balayev, Səyyad Məmmədhüseynov, Şöhrət Səfixanov və Nahid Əhmədov etdikləri müraciətlər üzrə onlara müvafiq köməklik göstərildiyini bildirirlər. Onlar, vətəndaş müraciətinə həssas yanaşılmasına görə Azərbaycan polisinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Azad Əzizov etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaşlar Nurlan Əhmədov, Rəvan Nemətov, Şakir Muradov, Zaur Qəribov, Rəvanə Mustafayeva, Könül Musayeva, Həzrətəli Məmmədov və Nicat Məmmədov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Sosial şəbəkə istifadəçisi Zamir Yusifov DİN-in instaqram hesabına yazdığı mesajında “102” Xidməti-Zəng Mərkəzinə etdiyi müraciətdən qısa müddət sonra məsələyə həssaslıqla yanaşılmasına və göstərilən operativ köməkliyə görə DİN rəhbərliyinə, həmçinin Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Sosial şəbəkə istifadəçisi Günel İbrahimova DİN-in instaqram hesabına yazdığı mesajında müraciətinin nəzarətə götürülməsinə və operativ araşdırılmasına görə Yasamal Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.