Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Elman Əsədli Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda qonşusu ilə aralarında yaranmış anlaşılmazlıqla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində qəbul edildiyini və problemin həll edildiyini qeyd edərək göstərilən peşəkar fəaliyyətə görə DİN-in rəhbərliyinə və 12-ci PŞ-nin kollektivinə minnətdarlığını bildirir.

Bakı şəhər sakinləri Mina Cəfərzadə və Naibə Cəfərova Daxili İşlər Nazirliyinə ünvanladıqları məktublarda təhqir və hədəyə məruz qalmaları ilə bağlı müraciətləri əsasında Bakı Şəhər Baş Polis İdarəsində qəbul edilərək dinlənildiklərini, daha sonra Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsi tərəfindən qanunamüvafiq tədbirlər görüldüyünü qeyd edərək müraciətlərinə operativ baxılmasına görə DİN-in rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürlərini bildirirlər.

Vətəndaş Nemət Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “21.10.2026-cı il tarixində DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdim. Müraciətimə Naxçıvan Şəhər Polis İdarəsində dəqiq baxılaraq məsələ həllini tapdığı üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm”.

Şəhid ailəsi olan sakini Səxavət Əliyev məktubunda şəhid ailələrinə, o cümlədən ona göstərilən yüksək diqqət və qayğıya görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirir.

 

Bakı şəhər sakini Rəsul Tağıyev məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə və ona dəymiş maddi ziyanın tam ödətdirilməsinin təmin olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Şadət Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə göstərdikləri operativliyə və obyektivliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

 

 

Vətəndaş Mehparə Nağıyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və müsbət həll olunmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirir.

Vətəndaş Aytac Mirzəzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirir.

Vətəndaş Orxan Məhərrəmov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə göstərdikləri operativliyə və obyektivliyə görə Babək Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildir