Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
30.10.2026 - Sosial şəbəkə istifadəçisi Lalə Hacıyeva
Sosial şəbəkə istifadəçisi Lalə Hacıyeva valideynləri tərəfindən ona və həyat yoldaşına qarşı edilən təhdidlərlə bağlı məsələyə obyektiv baxılmasına görə Nəsimi Rayon Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.
30.10.2026 - Vətəndaş Vüqar İbrahimbəyli
Vətəndaş Vüqar İbrahimbəyli DİN-in “Instagram” səhifəsinə mesajında Binəqədi Rayon Polis İdarəsinə 5-ci Polis Şöbəsinə avtomobilinin oğurlanması ilə bağlı müraciət etdiyini, operativ reaksiya verilərək, görülmüş tədbirlərlə qısa müddətdə müsbət həll olunduğunu avtomobilinin tapılaraq ona təhvil verildiyini yazır. O, göstərilən diqqətə və operativliyə görə Binəqədi RPİ-nin 5-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.10.2026 - Vətəndaş Vüsal İbadov
Vətəndaş Vüsal İbadov DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi məsələ ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
30.10.2026 - Vətəndaş Elmir Rüstəmzadə
Vətəndaş Elmir Rüstəmzadə DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Qardaşım Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı avtomobil tərəfindən vurularaq xəsarət almış, motosikleti isə zədələnmişdir. Hadisə yerinə gələn Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı tərəfindən qanunamüvafiq tədbirlər görülüb və dəymiş maddi ziyan ödətdirilib. Polis əməkdaşlarının bu cür yanaşmasına görə DİN-in rəhbərliyinə təşəkkür edirəm”.
30.10.2026 - Vətəndaş Araz Cəfərov
Vətəndaş Araz Cəfərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Paytaxtın Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmada iştirak etdim və razı qaldım. Buna görə DİN-in rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm”.
30.10.2026 - Vətəndaş Ləman Əmirova
Vətəndaş Ləman Əmirova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, mobil telefonunun itməsi ilə bağlı olaraq Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində olduğunu qeyd edərək müraciətinə həssaslıqla yanaşılmasına, operativliyə və telefonunun tapılaraq ona təhvil verilməsinə görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
30.10.2026 - Vətəndaş Dünya Yusubova
Vətəndaş Dünya Yusubova DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
30.10.2026 - Abşeron rayon sakini Vəli Eyvazov
Abşeron rayon sakini Vəli Eyvazov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Qax rayonunda avtomobilində yaranmış texniki nasazlıq səbəbindən çətin vəziyyətə düşdüyünü, yol-patrul xidmətinin əməkdaşlarının köməyi ilə problemin qısa müddətdə aradan qaldırıldığını qeyd edərək onlara təşəkkürünü bildirir.
30.10.2026 - Bakı şəhər sakini Sunay Hüseynquliyeva
Bakı şəhər sakini Sunay Hüseynquliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda maddi ziyanla bağlı müraciətinin operativ şəkildə təmin edilməsinə görə DİN-in rəhbərliyinə və Yasamal RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.