Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Tural Hanifayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Vüqar Mirzəyev məktubunda müraciətinə göstərdikləri operativliyə və obyektivliyə görə Ordubad Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Süleyman Cəfərov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Hörmətli cənab Nazir! Sizə müraciət edən 44 günlük Vətən müharibəsinin iştirakçısı, Abşeron Qazilər Birliyinin sədri Süleyman Cəfərovdur. Biz bir müddət əvvəl qazi qardaşımızın həyat yoldaşının təhsili ilə bağlı bir şirkətə müraciət etmişdik. Lakin, həmin şirkət bizim 3300 AZN məbləğində pulumuzu mənimsəmişdi. Bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdik. Məsələmiz cəmi 14 saat keçməmiş həll olundu və bizə dəymiş ziyan tam şəkildə ödənildi. Buna görə, cənab Nazir, Sizə, rəhbərlik etdiyiniz quruma, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə və onun işçi qrupuna dərin minnətdarlığımızı bildiririk. Biz qazilər sizi özümüzə mənəvi cəhətdən böyük qardaş bilərək, sizə sonsuz sevgimizi və hörmətimizi bildiririk. 

Vətəndaş Nizaməddin Yusifli DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Culfa rayonunun Xanəgah kəndində ictimai asayişin qorunmasına, kənd sakinlərinin təhlükəsizliyinin təmin edilməsinə və ərazidə əmin-amanlığın qorunması istiqamətində görülən işlərə görə Culfa Rayon Polis Əlincə Şöbəsinin əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Kənd sakinlərinin rahat və təhlükəsiz yaşaması, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması və insanların hüquqlarının qorunması istiqamətində göstərilən xidmətləri yüksək qiymətləndirirəm. Hüquq-mühafizə orqanlarının kəndimizdə sabitliyin və ictimai qaydanın qorunmasındakı rolunu xüsusi qeyd etmək istəyirəm. Sizə və bütün polis əməkdaşlarına gələcək fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı və şərəfli xidmətinizdə yeni nailiyyətlər arzulayıram.

Vətəndaş Ceyran Həmidova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 30.10.2026- cı il tarixində Nərimanov rayonu, Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırmada iştirak etdim. Araşdırmanın gedişindən və əməkdaşların münasibətindən olduqca razı qaldım. Göstərilən diqqətə, obyektivliyə və peşəkar yanaşmaya görə Sizə və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə, eləcə də Təhqiqat şöbəsinin əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. 

Vətəndaş Aynur Seyidova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən bir ildən artıq müddətdə mənə qarşı dələduzluq edən şəxsdən pulumu geri ala bilmirdim. Şükürlər olsun ki, vətənpərvər və dövlətçiliyin keşiyində dayanan Azərbaycan polisinin sayəsində mənə dəymiş maddi zərər aradan qaldırıldı və pulumu tam məbləğdə geri ala bildim. Buna görə başda cənab Nazir olmaqla, Nərimanov Rayon Polis İdarəsinin rəisi Arzu Heydərova, idarənin İstintaq şöbəsinin rəisi Bəkir Qarayevə və müstəntiq Tural Səfiyevə dərin minnətdarlığımı bildirirəm. Var olsun, Azərbaycan polisi!

Vətəndaş Etibar Tağıyev DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən, Culfa şəhərində qeydiyyatda olan və yaşayan Tağıyev Etibar İlham oğlu olaraq, polis əməkdaşlarının Culfa şəhər sakinlərinə hörmət və nəzakətlə yanaşmasını yüksək qiymətləndirirəm. Vətəndaşlarla mədəni davranış, müraciətlərin diqqətlə dinlənilməsi və qanun çərçivəsində operativ tədbirlərin görülməsi əhali arasında polis orqanlarına olan etimadı daha da artırır. Polis əməkdaşlarının öz xidmətlərinə məsuliyyətlə yanaşmasına və vətəndaş-polis münasibətlərinin yüksək səviyyədə qurulmasına görə onlara dərin təşəkkürümü bildirir, gələcək xidmət fəaliyyətlərində uğurlar arzulayıram.

Vətəndaş Fuad Adilbəyli DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Adilbəyli Fuad Böyükkişi oğlu, İkinci Qarabağ müharibəsində Suqovuşan döyüşlərində iştirak etmişəm. 16.11.2026-cı il tarixində Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişəm. Nərimanov Rayon Polis İdarəsinin rəisinin qəbulunda olduqdan sonra müraciətimə həssaslıqla yanaşılmış, qısa müddət ərzində mənə hərtərəfli köməklik göstərilmişdir. Göstərilən diqqətə və köməyə görə başda Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazov olmaqla, Nərimanov Rayon Polis İdarəsinin rəisinə, İstintaq şöbəsinin rəisinə və araşdırmanı aparan polis əməkdaşına dərin təşəkkürümü bildirirəm. Yaşasın Azərbaycan Polisi!

Vətəndaş Zeynəb Söyləməzli DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Yağış suları məhəlləyə dolduğu üçün bayıra çıxmaq çətinləşmişdi. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları bizə yaxından köməklik göstərdilər. Buna görə başda cənab Nazir Sizə, Nərimanov Rayon Polis İdarəsinin rəisinə və 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edirəm.