Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
30.10.2026 - Vətəndaş Emil Ravinov
Vətəndaş Emil Ravinov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar göstərdikləri köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
30.10.2026 - Vətəndaş Gülxar Salmanova
Vətəndaş Gülxar Salmanova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir.
30.10.2026 - Şahbuz rayonunun Qızıl Qışlaq kənd sakini Səfər Həziyev Ələsov
Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Qızıl Qışlaq kənd sakini Səfər Həziyev Ələsov Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar Şahbuz Rayon Polis Şöbəsində qəbul edildiyini, obyektiv araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu qeyd edir.
O, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində, o cümlədən Şahbuz Rayon Polis Şöbəsində müraciət edən vətəndaşların nəzakətlə qarşılanaraq dinlənildiyini, müraciətlərinə həssaslıqla yanaşıldığını, obyektiv araşdırma aparıldığını qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər nazirliklərinin rəhbərliyinə təşəkkürünü bildirir.
30.10.2026 - Vətəndaş Muhəmməd Rəşid
Vətəndaş Muhəmməd Rəşid DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Xətai rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
30.10.2026 - Vətəndaş Xəyal Mustafazadə
Vətəndaş Xəyal Mustafazadə DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
30.10.2026 - Vətəndaş Zəhra Hüseynova
Vətəndaş Zəhra Hüseynova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
30.10.2026 - Vətəndaş Aysel Soltanova
Vətəndaş Aysel Soltanova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
30.10.2026 - Vətəndaş Tunde Bittər
Vətəndaş Tunde Bittər DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında mobil telefonunun oğurlanması ilə bağlı müraciət etdiyini, polis əməkdaşlarının operativliyi sayəsində telefonunun qısa müddətdə tapılaraq ona təhvil verildiyini yazır. Göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.
30.10.2026 - Vətəndaş Mahir Məmmədov
Vətəndaş Mahir Məmmədov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bildirir ki, Nərimanov RPİ-nin 17-ci PŞ-də aparılan təhqiqat araşdırması nəticəsində problem öz həllini tapmışdır. Müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.