Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Bayram Bayramov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda etdiyi müraciətə tez və operativ baxılmasına görə Suraxanı RPİ-nin 31-ci Polis bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Balakən Rayon İcra Hakimiyyətindən Daxili İşlər Nazirliyinə ünvanlanmış məktubda rayon Polis Şöbəsi əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində həyata keçirdiyi uğurlu tədbirlərin rayon sakinləri tətrəfindən təqdir olunduğu qeyd olunur, bu istiqamətdə qətiyyətli tədbirlərə görə rayon ictimaiyyəti adından DİN rəhbərliyinə təşəkkür bildirilir.

Xırdalan şəhər sakini Kamran İmranov məktubunda Daxili İşlər Nazirliyinə ünvanlandığı müraciətinə həssaslıqla yanaşıldığına, operativ reaksiya verildiyinə və qısa müddətdə baxılaraq həllini tapdığına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Abşeron rayonunun Masazır qəsəbə sakini Emin Paşayev Daxili İşlər Nazirliyinə ünvanlandığı müraciətinə operativ reaksiya verildiyinə, Baş Dövlət Yol Polisi İdarəsində ədalətli baxılaraq həllini tapdığına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Zaqatala rayon sakini Ümüd Muradov Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubunda asayişin etibarlı qorunmasına, avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına görə təşəkkürünü bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.

Cəlilabad rayon sakini Gülnaz Quliyeva Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubunda polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Rəfail Novruzlu ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə polisin rolunu yüksək dəyərləndirir və daxili işlər orqanları əməkdaşlarına çətin və şərəfli xidmətdə uğurlar diləyir.

Gəncə şəhər sakini Töhfəddin Cəfərov pozulmuş hüquqlarının bərpa edilməsində, ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayonunun 2-ci Nügədi kənd sakini Vəlibəy Salızadə DİN-ə ünvanladığı məktubda kənd ərazisində yerləşən məktəblərin qarşısında yol hərəkəti təhlükəsizliyinin tam təmin olunmasına, müvafiq yol nişanlarının və cizgilənmə işlərinin aparılmasına, eləcə də təhsil ocaqlarında maarifləndirici tədbirlərin keçirilməsinə görə DİN və Quba RPŞ-nin rəhbərliyinə, həmçinin Quba RPŞ-nin DYPB-nin rəisi, polis mayoru Valeh Cavadova təşəkkürünü bildirir.