Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Elnur Bayramov DİN-in “Instagram” səhifəsinə təşəkkür məktubu yazaraq nümunəvi xidmətlərinə görə Pirallahı Rayon Polis İdarəsinin DYPB-nin əməkdaşlarına və Azərbaycan Polisinə minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Nazlı Dadaşova müraciətinin müsbət həll olunduğuna görə Azərbaycan Polisinə minnətdarlığını bildirir. 

İnstaqram izləyicisi Qorxmaz Natiq baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırmada ona qarşı göstərilən səmimi və xoş münasibətə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Feysbuk izləyicisi Həsən Məmmədov etdiyi müraciətə operativ baxılaraq probleminin həllini tapmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.  

Sosial şəbəkə istifadəçisi Mahir Nəhmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür məktubu yazaraq YNH zamanı ona dəymiş maddi ziyanın ödənilməsində göstərdikləri köməyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

İnstaqram izləyicisi Ağaəkbər Ələkbərov 53 il axtardığı əsgər yoldaşının tapılmasında ona göstərdikləri köməyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçiləri Nahid Qasımov və Ruhiyyə Məmmədova pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməkliyə, eləcə də həssas münasibətə görə Nərimanov RPİ 16-cı Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildirirlər. 

Sosial şəbəkə istifadəçisi Səidə Bünyatova naməlum şəraitdə pul kisəsini itirməsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman müddətində tapılmasında, ona qaytarılmasında göstərdikləri köməkliyə görə Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edib. 

Sosial şəbəkə istifadəçisi Gülnarə Namazova yol-nəqliyyat hadisəsi ilə üzləşdiyini, polisin obyektiv və operativ araşdırma apardığını, ona dəymiş ziyanın ödətdirilməsində yaxından köməklik göstərdiyini yazır. Buna görə Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.