Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Günel Rzayeva şikayətinə tez bir zamanda baxılaraq həllini tapmasında göstərdikləri köməyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elman Qarayev oğurluq hadisəsinin üstünün tez bir zamanda açılmasında göstərdikləri köməyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidməti fəaliyyətlərində uğurlar diləyir.

İsmayıllı rayon sakini Aydın Qasımov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda evindən oğurlanan əşyaların ona qaytarılmasına və hadisəni törədən şəxslərin tutularaq məsuliyyətə cəlb olunmalarına görə İsmayıllı RPŞ-nin rəisi Şəmşir Kazımova, eləcə də digər əməkdaşlara öz minnətdarlığını bildirir.

Oğuz rayon sakini Sarvan Əliyev təşəkkür məktubunda müraciətinin həlli istiqamətində göstərilən köməkliyə görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Vətəndaş Akif Məsimov təşəkkür məktubunda müraciətinin həlli istiqamətində göstərilən köməkliyə görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Şəki rayon sakini İman Abdullayev təşəkkür məktubunda müraciətinin həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Bakı şəhər sakini Raya Quliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılaraq müsbət həll olunmasına göstərilən köməkliyə görə Səbail RPİ 9-cu Polis Bölməsinin təhqiqatçısı Bəhram Qasımzadəyə minnətdarlığını bildirir.

Gədəbəy rayonunda yaşan bir qrup sakin DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəyə, ümumtəhsil məktəblərində keçirilən maarifləndirici tədbirlərə və rayon ərazisində yol hərəkəti təlükəsizliyinin təmin edilməsinə görə Rayon Polis Şöbəsinin rəisi, polisi polkovniki Mehman Həşimovdan razılığını bildirir və minnətdarlığını ifadə edirlər.

Ağdam rayon sakini Zaur Mehdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona dəyən maddi ziyanın ödənilməsində göstərdikləri köməyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.