Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.12.2023 - Vətəndaş Südabə İsmayılova
Vətəndaş Südabə İsmayılova üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar operativ araşdırılmanın aparılmasına, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərilən köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını yazır.
26.12.2023 - Sosial şəbəkə istifadəçisi Elçin Əfəndiyev
Sosial şəbəkə istifadəçisi Elçin Əfəndiyev yolda avtomobil idarə edərkən halı pisləşmiş qadın sürücüyə yol polisinin dərhal reaksiya verdiyini, ilkin tibbi yardım göstərərək vətəndaşın həyatını xilas etdiyini yazır, buna görə daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir.
26.12.2023 - Vətəndaş Fərid Bayramov
Vətəndaş Fərid Bayramov pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməkliyə görə Bakı şəhər BPİ-nin rəhbərliyinə minnətdarlığını ifadə edir.
25.12.2023 - Abşeron rayon sakini Natiq Hüseynli
Abşeron rayon sakini Natiq Hüseynli məktubunda müraciəti ilə bağlı Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsində obyektiv araşdırma aparıldığını və müvafiq tədbirərin həyata keçirildiyini yazır.
O, müraciətinə diqqətlə yanaşılmasına və müsbət həll olunmasına, eyni zamanda dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
25.12.2023 - Qobustan rayon sakini Çingiz Yaqubov
Qobustan rayon sakini Çingiz Yaqubov müraciətinin obyektiv araşdırılmasına görə Qobustan RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
25.12.2023 - Göyçay rayon sakini Səbuhi Quliyev
Göyçay rayon sakini Səbuhi Quliyev müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
25.12.2023 - Ağsu rayon sakini Zaur Məmmədov
Ağsu rayon sakini Zaur Məmmədov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
25.12.2023 - Şəki rayon sakini Qaçay Məmmədov
Şəki rayon sakini Qaçay Məmmədov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
25.12.2023 - Mingəçevir şəhər sakini Yeganə Namazova
Mingəçevir şəhər sakini Yeganə Namazova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.