Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Hikmət Əliyev ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Eyvaz Həsənov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda avtomobilinin vurulub hadisə yerindən uzaqlaşan şəxsin tapılmasına görə “102 Xidməti”nə etdiyi müraciətə dərhal baxılması və həmin şəxsin tapılmasında və ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Xəzər Rayon Polis İdarəsinin rəhbərliyinə minətdarlıq edir.

Bakı şəhər sakini Namiq Quliyev DİN-ə ünvanladığı minnətdarıq məktubunda Salyan postu ərazisində avtomobilində səhhətinin pisləşməsi zamanı polis əməkdaşlarının ona göstərdikləri köməkliyə görə daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir.

Lerik rayonunun Günəşli kənd sakini Ülfət Əmənullayeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində operativ və obyektiv şəkildə araşdırıldığını bildirir və minnətdarlığını ifadə edir.

Hindistan vətəndaşı Jinesh Thaippall ona dəymiş ziyanın ödətdirilməsində köməklik göstərdiklərinə görə Nəsimi RPİ 22-ci Polis Şöbəsinin rəhbərliyinə, xüsusilə də polis kapitanı Bəylər Nağıyeva təşəkkürünü bildirir.

Bakı şəhər sakini Ruad Şahbazlı müraciətinə operativ yanaşıldığna və ona məxsus avtomobilin qısa zaman kəsiyində tapıldığına görə Nəsmi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları Azər Həsənova, Nicat Məmmədyarova və Elməddin Mahmudova təşəkkürünü bildirir.

Bakı şəhər sakini Pərvanə Abdulzadə “Azər-hüquq” MMC tərəfindən ona dəymiş ziyanın ödətdirlməsində göstərdiyi köməkliyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

237 nömrəli orta məktəbin VI sinif şagirdi Zümrüd Muradovaya hədə-qorxu gələrək onun qulağındakı sırğaları açıb hadisə yerindən qaçan şəxsin qısa zaman kəsiyində Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub qanuna təslim edilməsinə görə məktəbin valideyn komitəsi DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Lerik rayon sakini Ülfət Əmənullayeva probleminin həllində göstərdiyi köməkliyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.