Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

AXCP fəalı Afa Cəfərova etdiyi müraciətə operativ baxılaraq onu narahat edən məsələnin həllini tapmasında göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Feysbuk izləyicisi Eyvaz Fərəcov etdiyi müraciətə obyektiv baxılaraq onu narahat edən məsələnin həllini tapmasında göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Şəhid atası Əliyar Əliyarov şəhid ailəsinə torpaq sahəsinin verilməsi ilə bağlı göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Vətəndaş Zəminə Cavadova narkotik vasitə alüdəçisi olan həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı müraciətinə obyektiv şəkildə baxılaraq onu narahat edən məsələnin müsbət həllini tapmasında göstərilən köməkliyə görə DİN rəhbərliyi başda olmaqla Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Abdullətif Mayılov ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq ona dəyən maddi ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Feysbuk izləyicisi Mehriban Vəzir qızının şəxsiyyət vəsiqəsi problemi ilə bağlı etdiyi müraciətinin müsbət həllini tapmasında ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir. 

İnstaqram izləyicisi Maqsud Allahverdiyev baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırmada ona qarşı göstərilən səmimi və xoş münasibətə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Emin Zəllabdinov yol-nəqliyyat hadisəsi ilə əlaqədar müraciətinə obyektiv baxılaraq probleminin həllini tapmasında ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

İnstaqram izləyicisi Eyyub Oruclu törətdiyi yol-nəqliyyat hadisəsinə obyektiv və operativ baxılaraq ona lazımi məlumatların verilməsinə görə DİN rəhbərliyi başda olmaqla Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.