Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Qəbələ rayon sakini Mehdi Həmidov daxili işlər nazirinin bu il Qəbələ şəhərində keçirdiyi vətəndaş qəbulunda iştirak etdiyini qeyd edərək göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Biləsuvar rayon sakini Anar Məcidov məktubunda üzləşdiyi problem ilə bağlı daxili işlər nazirinin bu il Cəlilabad şəhərində keçirdiyi vətəndaş qəbulunda iştirak etdiyini qeyd edərək müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Cəlilabad rayon sakini Elman Eynullayev məktubunda üzləşdiyi problem ilə bağlı daxili işlər nazirinin bu il Cəlilabad şəhərində keçirdiyi vətəndaş qəbulunda iştirak etdiyini qeyd edərək müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Biləsuvar rayon sakini Rövşən Həsənov məktubunda üzləşdiyi problem ilə bağlı daxili işlər nazirinin bu il Cəlilabad şəhərində keçirdiyi vətəndaş qəbulunda iştirak etdiyini qeyd edərək müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Sevinc Hüseynova məktubunda azyaşlı qızın müalicəsi üçün toplanmış vəsaiti dələduzluq yolu ilə mənimsəyən şəxslərin polis əməkdaşlarının operativliyi sayəsində qısa müddətdə saxlanıldığını, oğurlanmış məbləğin qaytarıldığını qeyd edir. 
S.Hüseynova müraciətlərə diqqətlə yanaşıldığına və operativliyə görə DİN rəhbərliyinə və Bakı ŞBPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Nagehan Abdullayeva üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Vətəndaş Rəşad Süleymanov daxili işlər nazirinin bu il Cəlilabad şəhərində keçirdiyi vətəndaş qəbulunda iştirak etdiyini qeyd edərək yüksək hörmətlə qarşılandığına və müraciətinin müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Vətəndaş Ədalət Əliyev üzləşdiyi problem ilə bağlı daxili işlər nazirinin bu il Cəlilabad şəhərində keçirdiyi vətəndaş qəbulunda iştirak etdiyini qeyd edərək göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Eldəniz Həsənov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunduğuna və operativliyə görə DİN rəhbərliyinə və İdarənin əməkdaşlarına minnətdarlığını bildirir.