Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Gəncə şəhər sakini Orxan İsmayılov xidməti fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Gəncə ŞBPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Gülnar İsmayılova xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN-in əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Pərvin Abışova müraciətinə operativ baxılaraq obyektiv araşdırılmasına və onu narahat edən məsələnin həllini tapmasında göstərdikləri köməkliyə görə daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir. 

Qazax rayon sakini Minayə Məmmədova məktubunda narkotiklərə qarşı mübarizədə göstərdikləri cəsarət və fədakər xidmətlərinə görə Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Qalina Ənnağıyeva şəhid ailələrinə, qazilərə göstərilən həssas münasibətə, diqqət və qayğıya, eləcə də mənəvi dəstəyə görə Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Gəncə şəhər sakini Fərid Mehdiyev müraciətinə operativ reaksiya verdiklərinə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Bəxtiyar Məhərrəmov şikayətinə operativ baxılaraq ona dəyən maddi ziyanın ödətdiriliməsində göstərdikləri köməkliyə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin peşəkar xidməti fəaliyyətini yüksək dəyərləndirir.

Vətəndaş Kamalova Gülbəniz məktubunda üzləşdiyi oğurluq faktı ilə bağlı müraciətinə polis orqanında obyektiv araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və dəymiş maddi ziyanın ona ödətdirilməsində köməklik göstərildiyini qeyd edir. O, müraciətinə diqqətlə yanaşıldığına, obyektiv araşdırmalara və operativliyə görə DİN rəhbərliyinə təşəkkür edir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır.

Vətəndaş Fərid Süleymanov sosial neqativ halların qarşısının alınması və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə, eyni zamanda müraciətlərə çevik reaksiya verilməsinə və operativliyə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.