Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Kəmalə Əkbərova müraciətinə operativ baxılmasına görə Sabunçu RPİ 13-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin peşəkar xidməti fəaliyyətini yüksək dəyərləndirir.

Vətəndaş Cavid Qurbanov mobil telefonunun oğurlanması ilə bağlı şikayətinə operativ baxılaraq tez bir zamanda tapılıb ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

İmişli rayon sakini Cavid Zaidov etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Kürdəmir rayon sakini Hikmət Əzizov üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin obyektiv araşdırıldığına və ona dəymiş maddi ziyanın ödənilməsində göstərilən köməkliyə görə başda DİN rəhbərliyi olmaqla, Kürdəmir RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçiləri Veyisov İnqilab və Rəhman Ələsgərov DİN-in “Instagram” səhifəsinə təşəkkür məktubu yazaraq baş verimiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı onlara göstərilən yüksək diqqət və qayğıya görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirlər.

Sosial şəbəkə istifadəçisi Elşən Fərruxov DİN-in “Instagram” səhifəsinə təşəkkür məktubu yazaraq narkotiklərə qarşı barışmaz mübarizədə göstərdikləri fədakər xidmətlərə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Əli Hüseynovun DİN-in “Instagram” səhifəsinə təşəkkür məktubu yazaraq baş verimiş yol-nəqliyyat hadisəsi ilə bağlı Pirallahı Rayon Polis İdarəsinə müraciət etdiyini, aparılan araşdırmalar zaman ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını bildirir. 

Sosial şəbəkə istifadəçiləri Mahal Eminov və Elvin Sadıqov yol-nəqliyyat hadisəsi ilə üzləşdiklərini, polisin obyektiv və operativ araşdırma apardığını, dəymiş maddi ziyanın ödətdirilməsində onlara yaxından köməklik göstərdiklərini yazırlar. Buna görə Nərimanov RPİ-nin rəhbərliyinə əməkdaşlarına minnətdarlıqlarını bildirirlər. 

Vətəndaş Nurşən Bağırova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq həll olunmasında, eləcə də hüquqlarının bərpasında göstərdikləri köməkliyə görə Naxçıvan Muxtar Respublikası DİN Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkürünü ifadə edib.