Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini Tovuz Ağakişiyeva DİN-ə ünvanladığı məktubunda Sumqayıt Şəhər Yol Polisi əməkdaşlarına təşəkkürünü yazır.

Səbail rayon 329 nömrəli tam orta məktəbin direktoru Sevil Əliyeva Səbail RPİ-nin təşklatçılığı ilə “Narkomaniya əsrin bəlasıdır, narkomaniyaya yox deyək”, mövzusunda rayon ərazisində mütəmadi olaraq keçirilən tədbirlərə diqqət çəkərək yazır ki, bu gün Azərbaycan Polisi işini cinayətkarlıqla mübarizə ilə bitmiş hesab etmir. Məktəblərdə narkomaniya ilə mübarizə tədbirləri ilə yanaşı erkən nikahlar, dini radikalizm mövzularında da tədbirlər keçirərək gələcəyimizi daha sağlam, Vətənə, xalqa və dövlətə bağlı görmək istəyirlər.

Bakı şəhər sakini Tural Aşirov müraciətinə qısa zaman kəsiyində cavab verdiyinə və üzləşdiyi problemin həllində göstərdiyi köməyə görə Suraxanı RPİ-nin rəhbərliyinə təşəkkür edir.

İsmayıllı rayon sakini Məryəm Hüseynova üç baş heyvanının tapılmasında göstərdikləri köməyə görə RPŞ-nin əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Rafət Şıxəliyev vətəndaşlarla xoş ünsiyyət quraraq polisə rəğbət hissi yaradan Səbail RPİ rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Emin Cavadova təşəkkür edir.

Qazax rayon sakini Vəkil Rüstəmov RPŞ-nin əməkdaşlarından razılığını ifadə edir.

Masallı rayon sakini Aqil Əkbərov göndərdiyi məktubunda Baş Dövlət Yol Polisi İdarəsinin Lənkəran Regional Qeydiyyat və Texniki Baxış Şöbəsinin fəaliyyətindən razılığını bildirir.

Bakı şəhər sakini Ravin Həsənov DİN-ə ünvanladığı təşəkkür məktubunda Cəlilabad Rayon Polis Şöbəsinin fəaliyyətindən razlığını bildirir, rayon ərazisində sabitliyi qoruyan, cinayətkarlıqla ciddi mübarizə aparan, yollarda təhlükəsizliyi təmin edən həmkarlarımıza minnətdarlığını ifadə edir.

Lənkəran şəhər sakini, polis veteranı Asif Ağayev DİN-n Arif Heydərov adına Respublika Hospitalında aldığı müalicədən sonra səhhətində olan problemlərin aradan qaldığına və tibbi personalın xoş münasibətinə görə təşəkkür edir.