Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Asiman Mərdanova daxili işlər orqanları əməkdaşlarının gərgin xidməti fəaliyyətini təqdir edir, müraciətinə tez bir zamanda baxılaraq həllini tapmasında ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Bahadur Məmmədov şikayətinə tez bir zamanda baxılaraq onu narahat edən problemin həllini tapmasında göstərdikləri köməkliyə görə Xəzər RPİ 1-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

Vətəndaş Şahin Zahidzadə müraciətinə tez bir zamanda baxılaraq hüquqlarının izah edilməsində göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. O, vətəndaşlara həssaslıqla yanaşılmasının polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.

Vətəndaş Elşad Məmmədov şikayətinə operativ reaksiya verildiyinə görə  məmnunluğunu ifadə edir, səmimi qəbula, ətraflı izaha  görə  Xəzər RPİ 1-ci Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Əli Sağıyev şikayətinə tez bir zamanda baxılaraq ona dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

Vətəndaş Vahid Fərzəliyev şikayətinə operativ reaksiya verilməsinə, eyni zamanda səmimi qəbula görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Bəhruz Əzizov şikayətinə tez bir zamanda baxılaraq həllini tapmasında ona göstərilən köməkliyə görə DİN  rəhbərliyi başda olmaqla Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Vətəndaş Mahur Sadıqov müraciətinə operativ və obyektiv şəkildə baxılaraq probleminin müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Naxçıvan Muxtar Respublikasının Ordubad rayon sakini Mərdan Hacıyev Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təşəkkür teleqramı göndərib. O, məişət səs-küyü ilə bağlı polisə etdiyi müraciəti ilə əlaqədar müvafiq araşdırma aparıldığını və qısa müddətdə müraciətinin müsbət həll olunduğunu bildirir.
M.Hacıyev Naxçıvan Muxtar Respublikasında polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqətə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirir.