Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Xəzər rayon sakini Xankişi Əsədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq ona göstərdikləri köməyə görə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, Azərbaycan Polisi ilə qürur duyduğunu yazır.

Şəki şəhər sakini Rəmziyyə Nadirova şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə DİN rəhbərliyinə və Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. O, bugün Azərbaycan Polisinin fədakar xidmətini təqdir edir və uğurlar diləyir.

Bakı şəhər sakini Elşən Əsgərov və Sabirabad rayon sakini Rübabə Hüseynova məktublarında fevralın 21-də Ağcabədi şəhəri ərazisində yerləşən mərkəzi bazarın yaxınlığında, əhalinin sıx toplaşdığı yerdəki mağazaların birində qaz balonlarından yaranan qaz sızması nəticəsində baş verən yanğın hadisəsi barədə sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə polis əməkdaşlarının fədakarlığının qürurverici olduğunu bildirirlər.

Onlar həmin vaxt ərazidə xidmət aparan polis mayoru Əliyar Həziyev və digər polis əməkdaşlarının ayıq-sayıq davranaraq cəld reaksiya göstərdiklərinə, həyatlarını riskə ataraq partlayış təhlükəsi yaradan qaz balonlarını yanan mağazanın içərisindən çıxardaraq baş verə biləcək fəlakətin qarşısını aldıqlarına görə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına, eyni zamanda daxili işlər orqanlarında xidməti fəaliyyətini layiqincə yerinə yetirən belə polis əməkdaşlarına görə DİN-in rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Mingəçevir şəhər sakini Ramil Cəfərov DİN-ə ünvanladığı məktubunda müraciətinin obyektiv araşdırılaraq müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Mingəçevir ŞPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Vasif Xəlilov üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Sumqayıt ŞPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Kəlbəcər rayon sakini Əli Nəbiyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Ağcabədi rayonu ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. O, xidməti vəzifələrini layiqincə yerinə yetirən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Ağdaş rayon sakini Gülsüm Təhməzova məktubunda bacısının itkin düşməsi barədə Rayon Polis Şöbəsinə müraciət etdiyini yazır. O, müraciəti ilə əlaqədar dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə bacısının tapılaraq sağ-salamat ailəsinə qaytarıldığını bildirir.

G.Təhməzova müraciətinə həssas yanaşılmasına və həyata keçirilən operativ tədbirlərlə görə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bidlirir.

Cəlilabad rayon sakini, Şəhid atası olan Hafiz Qasımov məktubunda digər oğlunun daxili işlər orqanlarında xidmət etdiyini yazır. O, daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Həsən Həsənov mobil telefonunun oğurlanması faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və telefonunun ona qaytarılmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.