Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Azad Şəkərov oğlunun bir neçə şəxs tərəfindən döyülməsi, təhqirlərə məruz qalması ilə bağlı polisə müraciət etdiyini yazır. Bildirir ki, müraciətinə dərhal reaksiya verilmiş, polis tərəfindən həmin şəxslər müəyyən edilərək saxlanılmış və barələrində qanunamüvafiq tədbir görülmüşdür. Buna görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Qətibə Məmmədova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq həll olunmasında, eləcə də hüquqlarının bərpasında göstərdikləri köməkliyə görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına təşəkkürünü ifadə edib. 

Qusar rayon sakini Didar Əhmədov Balaqusar kəndində ona məxsus torpaq sahəsinin qeyri-qanuni zəbt olunması ilə bağlı polisə müraciət etdiyini yazır. Bildirir ki, müraciətinə dərhal reaksiya verilmiş və pozulmuş hüquqları bərpa olunmuşdur, təqsirkar barəsində qanunamüvafiq tədbir görülmüşdür. Buna görə Qusar RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını yazır. 

Bakı şəhər sakini Rövşən Kişiyev qardaşının üzləşdiyi quldurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayəti törədən şəxslərin saxlanılmasında, məsuliyyətə cəlb olunmasında, eləcə də dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nizami RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir. 

Yevlax rayon sakini Zəminə Gülüstani tanımadığı şəxs tərəfindən qızının şantaj edildiyini, bu barədə polisə müraciət edərək kömək istədiyini yazır. Qısa zaman kəsiyində problemin aradan qaldırıldığını, həmin şəxsin məsuliyyətə cəlb olunduğunu bildirir. Buna görə Azərbaycan Polisinə minnətdarlığını ifadə edir. 

Vətəndaş Kamran Əkbərov ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq ona dəyən maddi ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Pərvin İbrahimov üzləşdiyi problemin həllində ona göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Pirallahı rayon sakini Mehriban Əliyeva müraciətinə operativ baxılaraq itirdiyi əşyasının tez tapılıb ona təhvil verilməsinə görə Pirallahı Rayon Polis İdarəsinə minnətdarlığını bildirir. 

Vətəndaş Emil Müzəffərli etdiyi müraciətə operativ baxılaraq onu narahat edən məsələnin həllini tapmasında göstərilən köməkliyə görə Nəsimi RPİ 22-ci Polis Şöbəsinə təşəkkürünü bildirir.