Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Neftçala rayon sakini Hüseyn Cavadov ölkəmizdəki sabitliyin qorunmasında gecəli-gündüzlü fədakar xidmət aparan həmkarlarımızdan razılığını ifadə edir.

Bir qrup Ağcabədi rayon sakini cinayətkarlığa və narkomaniyaya qarşı mübarizədə, eləcə də yollarda təhlükəsizliyin təmin ediləməsində göstərdiyi xidmətə görə Ağcabədi Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirir.

Bakı şəhər sakini Zamiq Hüseynov general-polkovnik Vilayət Eyvazovun Azərbaycan Respublikası Daxili İşlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik ifadə edir, şərəfli və məsuliyyətli xidmətdə uğurlar arzulayır.

Bakı şəhər sakini Nuranə Hüseynova, Neftçala rayon Kürqarabucaq kənd sakini Ramil Nəsirov və Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər sakini Rəqsanə Nəsirova Binəqədi rayonunda qeydiyyata düşmək üçün Rayon Polis İdarəsinə mürəciət etdikləri zaman səmimi qəbul olunduqlarına və onlara göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlıq bildirirlər.

Bakı şəhər sakini Oktay Əliverdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda DİO-da xidmət edən oğlunun mükafatlandırılmasına görə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Pərvanə Quliyeva DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda 6-cı Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Aygün Hüseynova DİN-ə ünvanladığı təşəkkür məktubunda polis əməkdaşlarının işindən razılıq edir və minnətdarlığını bildirir.

Bakı şəhər sakini Əsgər Rəhimov DİN rəhbərliyinə ünvanladığı məktubunda etdiyi müraciətə baxılmasına və ona dəyən ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Binəqədi Dövlət Yol Polisi əməkdaşlarına minnətdarlığını bildirir.

Abşeron rayon sakini Nüşabə Kərimova oğluna göstərilən köməkliyə görə təşəkkürünü bildirir.