Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Abdulla Babayev şikayət ərizəsinə operativ və obyektiv şəkildə baxılaraq həllini tapmasında göstərilən köməyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. Azərbaycan Polisinə çətin və şərəfli xidməti fəaliyyətində müvəffəqiyyətlər diləyir.

Nəsimi rayon sakinləri olan bir qrup şəxs DİN-ə ünvanladıqları məktubda yaşadıqları binanın təmir olunması zamanı qarşılaşdıqları problemin həll edilməsi istiqamətində polis əməkdaşlarının yaxından göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına dərin təşəkkürlərini bildirirlər.

Gəncə şəhər sakini Məmməd Alıyev DİN rəhbərliyi tərəfindən qəbul olunaraq dinlənildiyi və ona dəymiş ziyanın ödənildiyi üçün təşəkkürünü bildirir.

Qazax rayonunun Cəfərli kənd sakini Mehman Nəbiyev Daxili İşlər Nazirliyinə ünvanlandığı təşəkkür məktubunda Qazax Rayon Polis Şöbəsinə etdiyi müraciətinə həssaslıqla yanaşıldığına və ədalətli baxıldığına görə DİN rəhbərliyinə, həmçinin RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Kürdəmir rayon sakini Elvin Qədirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona qarşı dələduzluq edilməsi ilə bağlı polisə etdiyi müraciətin peşəkarlıqla araşdırılaraq cinayətkarın məsuliyyətə cəlb olunmasında göstərdikləri xidmətə görə DİN və Kürdəmir RPŞ-nin rəhbərliklərinə minnətdarlığını bildirir.

Vətəndaş Babək Güləliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaşlara göstərdikləri köməkliyə və nümunəvi xidmətə görə, Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirir.

Astara rayonunun Ərçivan qəsəbə sakini Məhərrəməli Məmmədov DİN rəhərliyinə ünvanladığı təşəkkür məktubunda qardaşının müalicəsində göstərdiyi köməkliyə görə Astara RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin əməkdaşı, polis baş serjantı Samir Məmmədova minnətdarlığını bildirir.

Bakı şəhər sakini Rüstəm Cəfərov DİN-ə ünvanladığı məktubunda fədakar polis əməkdaşlarına təşəkkürünü bildirib.

O yazır ki, cari il oktyabrın 31-də yaşlı bir xanım intihar etmək məqsədi ilə metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüyə çıxıb. Həmin vaxt ərazidə xidmət aparan Nizami rayon Mühafizə İdarəsinin əməkdaşları və Yol Patrul Xidmətinin əməkdaşlarının sayıqlığı və çevikliyi sayəsində onun bu cəhdinin qarşısı müvəffəqiyyətlə alınıb.

R.Cəfərov qeyd edir ki, hazırda hüquqşünas fəaliyyəti göstərir: “Ali məqsədimiz insanların hüquqlarını müdafiə etməkdir. Bu gün qarşılaşdığım mənzərə və bir insan həyatının polis əməkdaşı tərəfindən xilas edilməsi inanın, məndə sözlə ifadə edilə bilməyəcək dərəcədə gözəl təəssürat yaratdı”.

Lənkəran şəhər sakini Ənvər Şahqubadbəyli sürücülük vəsiqəsi almaq üçün müraciət etdiyi Lənkəran Rayonlararası Qeydiyyat-imtahan Şöbəsində göstərilən səmimi münasibətə, yüksək diqqətə görə şöbənin rəhbərliyinə minnətdarlığını bildirir.