DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Samux rayon Zazalı kənd sakini Razim Babacanov ailə məişət zəminində baş verən hadisəyə polis əməkdaşlarının çevik reaksiyasına, şöbə rəhbərliyinin onları qəbul edərək problemin həllində göstərdikləri köməyə görə DİN rəhbərliyinə ünvanladığı məktubunda təşəkkürünü bildirir.

AMEA-nın müxbir üzvü, professor Kərim Məmmədxan oğlu Kərimov atası Zamanov Məmmədxan Kərim oğlunun keçdiyi xidmət yolu haqqında arxiv materiallarının araşdırılmasında, üzə çıxarılmasında həmkarlarımız tərəfindən göstərilən köməyə, yüksək diqqət və qayğı ilə qarşılanmasına, elm adamı kimi ona olan münasibətə və səmimiyyətə görə DİN-ə ünvanladığı təşəkkür məktubunda yaradılan şəraitdən, dövlət-vətəndaş münasibətindəki şəffaflıqdan razılığını ifadə edir.

Mingəçevir şəhər sakini Sədaqət Həsənova ŞRPŞ rəhbərliyi tərəfindən vətəndaşların qəbuluna diqqət çəkir və polis-vətəndaş münasibətlərinə töhvə verən hər bir uğura görə yazdığı məktubunda həmkarlarımıza təşəkkürünü bildirir.

Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Rüfət Quliyev DİN rəhbərliyinə təşəkkür məktubu göndərib. Məktubda deputat 73 saylı Lənkəran şəhər seçki dairəsinin seçicilərinin Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəhbərliyinin peşəkarlığından, şikayətçilərin problemlərinə obyektiv münasibətindən, onlarla mehriban ünsiyyətindən razılğını ifadə edir. O, vətəndaşların qəbulu zamanı qaldırılan hər bir məsələnin dərindən araşdırıldığını və obyektiv məntiqi nəticəsinin tapıldığını xüsusi vurğulayır. R.Quliyev özü də seçicilərinin fikri ilə həmrəy olduğunu, DİN rəhbərliyinin daim ədalətli qərar qəbul etdiyini, qanunun aliliyi prinsipini hər zaman uca tutduğunu və bu səbəbdən də xalqın etimadını və etibarını qazandığına görə Azərbaycan Polisinin ictimaiyyət arasında böyük nüfuza malik olduğunu məktubunda səmimi hisslərlə qeyd edir.

Nərimanov rayon sakini Nazim Abbasov göndərdiyi məktubunda bildirir ki, aprelin 6-da Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən evindən kombi oğurlanıb. Bu barədə “102” xidmətinə məlumat verib. Hadisə yerinə dərhal Xəzər RPİ-nin 2-ci Polis Bölməsinin sahə inspektoru Bəxtiyar Quliyev və digər polis əməkdaşları gəliblər. Həyata keçirilən operativ əməliyyat-axtarış tədbiri nəticəsində 24 saat ərzində cinayəti törətmiş şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib, kombi sahibinə qaytarılıb. N. Abbasov məktubunda polisin peşəkarlığından, hadisəyə çevik reaksiya verməsindən qürur duyduğunu yazır və buna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Nəsimi rayon sakini İqbal Sadıxov DİN-ə göndərdiyi elektron müraciətində bildirir ki, fevral ayında avtomobilinə naməlum nəqliyyat vasitəsi tərəfindən zərər yetirilib. Hadisə ilə bağlı vətəndaş əvvəlcə Xəzər RYPŞ-yə, sonra isə Bakı Şəhər Baş Polis İdarəsinin Daxili istintaq şöbəsinə müraciət edib. Nəticədə vətəndaşın şikayəti tam həcmdə təmin olunub, avtomobilinə dəymiş zərər aradan qaldırılıb. Bununla bağlı İ. Sadıxov DİN rəhbərliyinə təşəkkürünü bildirir, polisin fəaliyyətindən razı qaldığını qeyd edir.

Şamaxı rayonunda, Pirqulu istirahət zonasında yerləşən “Fortuna Tur” MMC-nin direktoru Hilal Bəkirov göndərdiyi təşəkkür məktubunda yazır ki, Türkiyə və Ukraynadan olan qonaqları sahibi olduğu istirahət mərkəzinə Bakıdan gətirərkən, “Ford” markalı mikroavtobusda nasazlıq yaranıb. Sürücü nasazlığı aradan qaldırmağa çalışsa da buna nail ola bilməyib. Bu zaman ərazidən keçən post-patrul maşını onlara yaxınlaşıb. Maşından düşən polis əməkdaşı Samir Hacıyev onlara öz köməkliyini təklif edib və mikroavtobusun mühərrikində yaranmış nasazlığı aradan qaldırıb. Bu isə həm onun, həm də xarici qonaqların sevincinə səbəb olub. H. Bəkirov bizə ünvanladığı məktubunda bu cür polis əməkdaşının DİN-in sıralarında çalışması ilə fəxr etdiyini, bu qədər həssaslıqla yolda köməksiz vəziyyətdə qalmış xarici qonaqlara qayğı göstərməsindən qürur hissi keçirdiyini yazır. O, həmçinin DİN rəhbərliyinin həmin polis əməkdaşının bu davranışını layiqincə qiymətləndirəcəyindən əminliyini ifadə edir.

Bakı şəhər sakini Mahirə Kərimova Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin əməkdaşlarından razılığnı bildirir, üzləşdiyi problemə belə çevik və ədalətli yanaşmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

Fuad Cəmilov naməlum şəxslər tərəfindən ona məxsus avtomobilin qaçılması barədə Sabunçu RPİ-yə məlumat verdikdən sonra qısa müddət ərzində əmlakının tapılması, hadisəni törətmiş şəxsin isə müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi barədə göstərdikləri peşəkarlığa, vətəndaşlara olan xoş münasibətə və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.