Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.09.2023 - Sosial şəbəkə istifadəçisi Gülnarə Namazova
22.09.2023 - Şəki rayon sakini Qaçay Məmmədov
Şəki rayon sakini Qaçay Məmmədov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
22.09.2023 - Göyçay şəhər sakini Rüfət İmaniyev
Göyçay şəhər sakini Rüfət İmaniyev göstərdikləri köməkliyə görə Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
22.09.2023 - Mingəçevir şəhər sakini Könül Bəşirova
Mingəçevir şəhər sakini Könül Bəşirova müraciətinin müsbət həll olunmasına görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
22.09.2023 - Mingəçevir şəhər sakini Təhmasib Qaragözov
Mingəçevir şəhər sakini Təhmasib Qaragözov müraciətinin obyektiv araşdırılmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
22.09.2023 - Mingəçevir şəhər sakini Arif Nuriyev
Mingəçevir şəhər sakini Arif Nuriyev müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
22.09.2023 - Vətəndaş Əli Kərimov
Vətəndaş Əli Kərimov müraciətinə operativ baxılmasına və səmimi qəbula görə Yasamal RPİ 26-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, təhlükəsizliyin təminatçısı olan Azərbaycan Polisi ilə fəxr etdiyini yazır.
22.09.2023 - Vətəndaş Aydın Nəsirzadə
Vətəndaş Aydın Nəsirzadə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına, eyni zamanda onlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyi başda olmaqla Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
22.09.2023 - Vətəndaş Fuad Kərimov
Vətəndaş Fuad Kərimov baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı operativ araşdırma aparılmasına, ona həssaslıqla yanaşılmasına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.